12px13px15px17px
Tarix:13/11/18

Alimlər: “Smartfonlar ekologiyaya böyük ziyan vurur”

Kanadanın Makmaster Universitetinin mütəxəssisləri smartfonların istehsalı zamanı əmələ gələn zərərli tullantıların yaxın 20 il ərzində kəskin artacağını düşünürlər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Life www.life.ru" resursuna istinadən yazır ki, ekspertlərin sözlərinə görə, hazırda atmosferə buraxılan karbon qazının ümumi həcminin təxminən 1 faizi smartfon istehsalının payına düşür. Hesablamalara görə, 2040-cı ilədək bu göstərici 14 faizədək yüksələ bilər. Buna səbəb kimi qurğuların "çirkli" istehsalı və smartfonun istismar müddətinin nisbətən az olması qeyd edilir.
 
Alimlər bildirib ki, bir smartfonun atmosferə buraxdığı təhlükəli tullantıların 85-95 faizi onun istehsalı zamanı baş verir. Bununla əlaqədar mütəxəssislər ekologiyaya daha şüurlu yanaşmağı və smartfonları mümkün qədər gec əvəzləməyi tövsiyə edirlər.
 
Nizam Nuriyev




Baxış sayı: 44

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Fevral 2020

16 02 2020