12px13px15px17px
Tarix:06/12/18

Bakı Beynəlxalq Avtovağzal Kompleksində “Şəbəkə” xidmət mərkəzi istifadəyə verildi

6 dekabr – rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü münasibəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün paytaxtda növbəti “Şəbəkə” xidmət mərkəzini istifadəyə verib. Mərkəz Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (Bakı-Sumqayıt şosesi, 3) ərazisində yerləşir. 

Bu mərkəzdə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda təqdim olunur.

"Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya  və poçt xidmətlərindən başqa, maliyyə, eləcə də aviabilet satışı  və  turizm xidmətləri göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, zərf, marka, açıqca satışı, pulköçürmələri,  büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. “SmartPay” – ödəniş sistemi vasitəsi ilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.

Yeni açılan mərkəzdə, digər şəbəkələrdən fərqli olaraq “Azercell Express” müştəri xidmətləri bölməsi də fəaliyyət göstərir. Burada “Azercell” abunəçiləri telefon danışığına görə ödəmə həyata keçirə, müştəri xidmətlərindən istifadə edə, həmçinin yeni telefon və ya nömrə əldə edə bilərlər.

Qeyd edək ki, yeni fəaliyyətə başlayan “Şəbəkə” xidmət mərkəzi sayca doqquzuncudur. Hazırda Səbail rayonu, Ü.Hacıbəyli küçəsi 72, Yasamal rayonu H.Cavid pospekti 19, məhəllə 520, eləcə də,  A.M.Şərifzadə küçəsi 124, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi  102, Binəqədi rayonu, 8-ci mikrorayon, Ə.Naxçıvani küçəsi 22, eyni zamanda Cəlilabad şəhəri, H.Əliyev prospekti 270, Zaqatala şəhəri, H.Əliyev prospekti 36,  Sumqayıt şəhəri, 4-cü mikrorayon, Heydər Əliyev 1 ünvanlarında  vətəndaşlara müasir standartlara cavab verən xidmətlər göstərilir.

Bütün “Şəbəkə”lər fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar, bayram  günləri  də  vətəndaşların xidmətindədir. 

"Şəbəkə" mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır.

Qeyd edək ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə ”Şəbəkə” layihəsinə 2017-ci ilin fevral ayından start verib.  Cari ilin 11 ayı ərzində respublika üzrə fəaliyyət göstərən  mövcud 8 “Şəbəkə” Xidmət Mərkəzinə  930 min nəfərə yaxın insan müraciət edib. Gələcəkdə ölkənin bütün böyük şəhər və rayonlarında, eyni zamanda paytaxtda yeni mərkəzlərin açılması planlaşdırılır.













Baxış sayı: 282

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






10 Dekabr 2018

10/12/18
Yeni akkumulyator smartfonların 1 həftə şarjsız işləməsinə imkan verəcək

Batareyalar yeni materialdan hazırlanacaq. Alimlər 2015-ci ildə kimya üzrə Nobel mükafatı 

10/12/18
Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçirilir

Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri, 

10/12/18
“OnePlus” şirkətinin direktoru: “5G” şəbəkəsini dəstəkləyən smartfonlar 300 dollar baha olacaq”

“OnePlus” şirkətinin baş direktoru Pit Lau “Qualcomm Snapdragon Tech Summit” konfransında 

10/12/18
Milyonlarla abunəçi nasazlığa görə mobil rabitəsiz qalıb

İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” şirkəti öz proqram təminatının nasazlığına 

10/12/18
“Google” şirkəti “Android” sistemli köhnə smartfonların dəstəklənməsini dayandıracaq

“Google” şirkəti “Android 4. x. Ice Cream Sandwich” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 

10/12/18
“iPhone” sahibləri “Apple” şirkətindən göndərilən spamdan şikayət ediblər

“iPhone” sahibləri “Apple” şirkətini zəhlətökən reklam elanlarının göndərilməsində ittiham edib.

10/12/18
Çin şirkəti “Əşyalar interneti” üçün peyklər şəbəkəsi yaradacaq

Çinin “Commsat” innovativ şirkəti 2022-ci ilədək aşağı yerətrafı orbitdə “Əşyalar interneti” (IoT) 

10/12/18
Planet əhalisinin 50%-dən çoxu internetə çıxış imkanına malikdir

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatına görə, 2018-ci ilin sonunda 3,9 milyard nəfər 

10/12/18
Bu ilin 10 ən populyar “Android” smartfonu açıqlanıb

“AnTuTu” şirkəti 2018-ci il üçün “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən 

09 12 2018