12px13px15px17px
Tarix:10/01/19

İlk kommersiya kvant kompüteri təqdim edilib

“IBM” şirkəti yanvarın 8-11-də Las-Veqasda keçirilən “CES 2019” istehlak elektronikası sərgisində ilk kommersiya kvant kompüterini nümayiş etdirib. İyirmi kubitlik “IBM Q System One” sistemi özündə kvant və klassik hesablama komponentlərini birləşdirir.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, böyük ölçüyə malik “IBM Q System One” laboratoriyalardan kənarda işləyən ilk sistemdir. Şirkət nümayəndələrinin sözlərinə görə, kompüter kvant hesablamalarının kommersiya istifadəsinə verilməsi istiqamətində böyük addımdır.

Məlumata görə, sistemin xarici görünüşü üzərində məşhur dizaynerlər çalışıb. İstehsalçı nümayəndələrinin fikrincə, bu, əsl sənət əsəridir. “IBM Q” tərəfləri 3 metr təşkil edən hava keçirməz kub şəklindədir. Hər şey fantastik film dekorasiyasını xatırladır.

“IBM Q System One” kvant kompüterinin satışa çıxarılma müddəti və qiyməti barədə məlumat verilmir.
Qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir.

Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daim azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.

Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur. 

Nizam Nuriyev
 






Baxış sayı: 200

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Yanvar 2021

21/01/21
“6G” texnologiyasının üstünlükləri bəlli olub

“5G” texnologiyası hələ geniş yayılmayıb, amma mütəxəssislər artıq “6G” texnologiyasını müzakirə edirlər. 

21/01/21
“Google” servisli ilk “Honor” smartfonu məlum olub

“Google” servislərinə malik ilk “Honor” smartfonu “V40” modeli olacaq. Bu barədə “Mobiltelefon”

21/01/21
Yeni “Snapdragon 870” mobil prosessoru təqdim edilib

“Qualcomm” şirkəti bahalı smartfonlar üçün “Snapdragon 870” adlı yeni mobil prosessorunu təqdim edib. İ

21/01/21
“Microsoft” avtonom avtomobillər istehsalçısına 2 milyard dollar yatırıb

“Microsoft” korporasiyası ABŞ-ın “General Motors” konserninin avtonom avtomobillərin istehsalı ilə məşğul

21/01/21
Bu il kibertəhlükəsizlik sahəsində xərclər artmaqda davam edəcək

“Canalys” şirkəti 2021-ci ildə kibertəhlükəsizlik vasitələri bazarının inkişafı üzrə proqnoz açıqlayıb.

21/01/21
“Honor Smart Screen X1” televizoru buraxılıb

Yanvarın 20-dən 75 düym diaqonallı və “4К” formatlı (3840 × 2160 piksel) qabaqcıl “Honor Smart Screen X1”

20 01 2021