12px13px15px17px
Tarix:14/02/19

Azərbaycanda televiziyanın yaranmasından 63 il ötür

Bu gün Azərbaycanda televiziyanın yarandığı gündür.
 
Şərqdə ilk televiziya 1956-cı ilin 14 fevral tarixində məhz ölkəmizdə fəaliyyətə başlayıb.
 
Ötən 63 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayım vericiləri istismara verilib.
 
1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və unikal konstruksiyaya malik bu kompleks vasitəsi ilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır.
 
Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyinin ölkə ərazisində fəaliyyət göstərən 123 radio-televiziya yayım stansiyasında istismar olunan 102 rəqəmli TV vericisi vasitəsi televiziya yayım təmin olunur. Ölkədə əhali yaşayan ərazilərin 99,7 faizi televiziya yayımı ilə əhatə olunub.





Baxış sayı: 448

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024