12px13px15px17px
Tarix:04/03/19

Yeni “E-Pad” planşeti “LTE” modemi ilə təchiz ediləcək

“EeWrite” şirkəti “Kickstarter” saytında “E-Pad” qurğusu üçün vəsait toplanışı kampaniyasına başlamağa hazırlaşır.

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, bu, “E Ink” ekranı ilə təchiz edilən, stilus və mobil rabitə modemini dəstəkləyən “E-Pad” adlı planşetdir. 1872 х 1404 piksel təsvir ölçülü 10,3 düym diaqonallı “E Ink Carta” sensor ekrana malik yeni qurğu “Wacom” rəqəmli qələmi ilə işi dəstəkləyir.  

Planşetin əsasını adı açıqlanmayan onnüvəli prosessor, eləcə də 2 giqabaytlıq operativ yaddaş, 32-128 giqabaytlıq quraşdırılmış yaddaş, “microSD” kartları üçün slot, LTE modemi, mikrofon, dinamik və birhəftəlik aktiv iş üçün avtonomluq təşkil edir. Çəkisi 392 qrama bərabər planşetdə videoya baxmaq mümkündür. Qurğu “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.  

Qiyməti 400 dollar təşkil edəcək “E-Pad” planşeti üçün vəsait toplanışı kampaniyasına martın 26-dan etibarən başlamaq nəzərdə tutulur.  

Nizam Nuriyev





Baxış sayı: 119

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 May 2020

28 05 2020