12px13px15px17px
Tarix:12/03/19

Növbəti nəsil “iPhone” smartfonunun yeni funksiyaları məlum olub

2019-cu ilin payızında təqdim ediləcək yeni nəsil “iPhone” smartfonunda 3D şəkil çəkmə funksiyası reallaşdırılacaq. Bu haqda “Business Insider” nəşri yazıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, proqnozlaşdırılan dəyişikliklərdən biri üç linzalı kamera olacaq. Beləliklə, “Apple” daha əvvəl öz qabaqcıl qurğularını üç linzalı kamera ilə təchiz etmiş “Samsung” və “Huawei” şirkətləri ilə rəqabətdə uduzmaq istəmir. Gözləntilərə görə, ABŞ istehsalçısı 2020-ci ildə “iPhone” smartfonuna mürəkkəb 3D kamera quraşdıracaq, ancaq bu texnologiyanın əvvəlcə “iPad” planşetində sınaqdan keçiriləcəyi istisna edilmir.
 
Bundan başqa, kamera və qurğu sahibinin tanınması proqramı (“Face ID”) təkmilləşdiriləcək.
 
Həmçinin “Samsung Galaxy S10” qurğusunda olduğu kimi, başqa qurğuların enerji ilə doldurulması funksiyası gözlənilir.
 
Emil Hüseynov





Baxış sayı: 404

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024