12px13px15px17px
Tarix:09/04/19

Beynəlxalq sərgi-forumda ölkəmizin İKT sahəsindəki yenilikləri təqdim olunur

Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının Minsk şəhərində 26-cı telekommunikasiya, rabitə, təhlükəsizlik və informasiya texnologiyaları üzrə ixtisaslaşdırılmış beynəlxalq  “TİBO-2019” sərgi-forumunda iştirak edir.    

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə dövlət qurumlarının və özəl şirkətlərin 15-ə yaxın təmsilçisi daxildir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom”, “Baktelekom”,  Dövlət Radiotezliklər İdarəsi, Məlumat Hesablama Mərkəzi, “AzInTelecom”, “Azərmarka”, Yüksək Texnologiyalar Parkının nümayəndələri sərgi-foruma qatılıblar.

Forumda 16 ölkədən 100 şirkətin nümayəndəsi iştirak edir.

Forumun açılış mərasimində Belarus Respublikasının Prezidenti  Aleksandr Lukaşenkonun adından salamlama məktubu oxunub.

Daha sonra Belarusun rabitə və informasiyalaşdırma naziri Konstantin Şulqan ölkəsində İKT sahəsində həyata keçirilən işlərdən danışıb.

Açılış mərasimində Rusiya Federasiyasının rəqəmli inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskov, Regional Rabitə Birliyinin icraçı direktoru Nuriddin Muhiddinov və Beynəlxalq Telekommunikasiya İttifaqının MDB ölkələri üzrə regional bölməsinin rəhbəri Kirill Oparin də çıxış edib.

Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin adından oxunan məktubda qeyd olunub ki, milli sənaye sərgilərində qarşılıqlı olaraq iştirak etmək Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı dostluq münasibətlərinin, eləcə də ölkələrimizin sahə üzrə nazirliklərinin səmərəli biznes tərəfdaşlığının gerçək nümunəsidir.

“TİBO” beynəlxalq və dövlət qurumlarının nümayəndələri, aparıcı beynəlxalq şirkətlər, yüksək səviyyəli və çox profilli mütəxəssislər üçün illik görüş yeridir.  İnformasiya və ən yaxşı təcrübə mübadiləsi, yeni texnologiyaların, xüsusi həllərin təqdim edilməsi və işgüzar əlaqələrin qurulması bu tədbirin uğurlarıdır” – deyə məktubda vurğulanıb.

Forum çərçivəsində Ümumdünya Radiorabitə Konfransına hazırlıq üzrə radiospektr sahəsində yol xəritəsi istiqamətində gedən müzakirələrdə Azərbaycan təmsilçiləri də iştirak edirlər. Seminarlarda gələcəkdə nəzərdə tutulmuş perspektiv texnoloji transformasiyanın ölkəmizdə inkişafına dəstək verilməsi üçün strateji hazırlıq məsələləri müzakirə olunub.

“TİBO-2019” sərgi-forumunda Azərbaycan Milli Pavilyonla təmsil olunur.  Pavilyonda ölkəmizin informasiya-kommunikasiya texnologiyaları (İKT)  sahəsində əldə etdiyi nailiyyətlər nümayiş etdirilir.

Qeyd edək ki, ölkəmiz artıq 7 ildir ki, bu sərgi-forumda Milli Pavilyonla iştirak edir və nümayəndə heyəti ilə təmsil olunur.

26-cı dəfə təşkil olunan "TIBO-2019" ixtisaslaşmış sərgisi Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biri hesab olunur.

Sərgiyə bu gün təşkil olunan VİP-tur çərçivəsində rəsmi şəxslər Azərbaycan Milli Pavilyonuna baş çəkib, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə tanış olublar.

Sərgi öz işini aprelin 12-dək davam etdirəcək.
 
 















Baxış sayı: 36

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Noyabr 2019

19/11/19
Smartfon və digər cihazların elastik ekranları üçün plastik şüşə hazırlanıb

Tampere Universitetinin fizikləri tərəfindən şüşəyə bənzər alüminium oksidindən hazırlanmış incə plyonkal

19/11/19
“Xiaomi” ilk elektron kitab oxuducusunu təqdim edib

“MiReader” – “Android” mobil əməliyyat sistemi ilə işləyən və elektron mürəkkəb texnologiyasına əsaslanan

19/11/19
Eyni anda 8 materialdan çap edə bilən yeni “3D” printer təqdim olunub

Harvardda Uiss Universitetinin alimləri 8 müxtəlif materialdan obyektlər çap edə bilən yeni “3D” printer

19/11/19
İKT-dən cinayətkar məqsədlər üçün istifadə ilə mübarizə haqqında konvensiya hazırlanacaq

BMT Baş Assambleyasının 74-cü sessiyasının Üçüncü komitəsinin iclasında informasiya texnologiyalarından

19/11/19
Robot balıq ixtira edilib

Massaçusets Texnologiya İnstitutunun (MIT) kompüter elmləri və süni intellekt laboratoriyasının (CSAIL) m

19/11/19
“Google” şirkətinin sualtı internet kabeli ABŞ və Çilini birləşdirib

“Google” şirkəti Sakit okeanın dibi ilə “Curie” adlı yüksəksürətli optik lif kabelinin çəkilişini

19/11/19
“Samsung Galaxy Note10+” smartfonunun xüsusi versiyası təqdim edilib

“Samsung” şirkəti qabaqcıl “Galaxy Note10+ ” smartfonunun “Star Wars” (“Ulduz müharibələri”

19/11/19
“5G” xidmətlər bazarında "fenomenal artım" gözlənilir

2020-ci ildə kommersiya tipli “5G” xidmətlər bazarı populyarlaşacaq. Bu, beşinci nəsil şəbəkələrin “FWA 5

19/11/19
“WhatsApp” vasitəsilə telefona müdaxilə etmək üsulu aşkar edilib

“Facebook”un əməkdaşları “WhatsApp” xidmətində hakerlərin istifadəçilərin qurğularına müdaxiləsinə

19/11/19
“Microsoft” korporasiyası “Cortana” səs köməkçisinin “iOS” və “Android” üçün dəstəyini dayandırır

“Microsoft” korporasiyası “Cortana” səs köməkçisinin “iOS” və “Android” mobil əməliy

18 11 2019

18/11/19
“TikTok” sosial şəbəkəsi “WhatsApp”la eyni populyarlığa malikdir

“Sensor Tower” analitik firmasının araşdırmasına görə, “App Store” və “Google Play” mobil tətbiqlər mağ

18/11/19
Gələn il “5G” dəstəkli “Xiaomi” smartfonları buraxılacaq

“Xiaomi” şirkətinin baş direktoru Ley Tszyun illik “China Mobile Global Partner” konfransı

18/11/19
Bir neçə dəqiqə ərzində “3D” xəritə hazırlayan yeni qurğu təqdim edilib

Xüsusi avadanlıq olmadan qısa müddətdə “3D” xəritə hazırlamaq çətindir. ABŞ-ın Ordu Mühəndislər Korpusu t

18/11/19
Milyonlarla “Android” smartfonunun sahibi təhlükə qarşısındadır

“Android” sisteminin idarəetməsi altında işləyən qurğularda istifadə olunan “Qualcomm” prosessorlarında i

18/11/19
“Air Race E” şirkəti dünyada ilk elektrik yarış təyyarəsini nümayiş etdirib

Dubayda “Dubai Air Show” aviasalonu çərçivəsində “Airbus” şirkətinin dəstəyi ilə keçirilən təyyarə

18/11/19
“Android” istifadəçilərinə simsiz qulaqlıqların təhlükəsi haqqında xəbərdarlıq edilib

ABŞ-ın Ayova və Perdyu universitetlərinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisləri bildiriblər

18/11/19
Elektrik enerjisi əvəzinə, işıqdan istifadə edən "gələcəyin tranzistorları" təqdim edilib

Müasir tranzistorlar məlumat mübadiləsini elektrik cərəyanının köməyi ilə həyata keçirirlər və bu proses

18/11/19
Las-Veqas altında sürücüsüz avtomobillər üçün sürətli tunelin inşasına başlanılıb

ABŞ sahibkarı İlon Maska məxsus “The Boring Company” şirkəti Las-Veqas altında 1,6 km uzunluğunda sürətli

18/11/19
“Airbus” ətraf mühiti çirkləndirməyən təyyarə hazırlayacaq

“Airbus” şirkəti 2030-cu ilədək potensial baxımdan ətraf mühiti çirkləndirməyən təyyarə hazırlaya bilər.

18/11/19
Ekspertlər ucuz smartfonların təhlükəsi barədə məlumat veriblər

“Kryptowire” şirkətinin mütəxəssisləri “Android” mobil sisteminin idarəetməsi altında işləyən ucuz smartfonlarda