12px13px15px17px
Tarix:15/04/19

Bu il fərdi rəqəmli qurğuların satışında artım gözlənilmir

2019-cu ildə dünyada 2,21 milyard fərdi kompüter, planşet və mobil telefon satılacaq. Bu, 2018-ci ilin göstəricisinə bərabərdir. Bununla yanaşı, ənənəvi fərdi kompüterlərin satışı 3 faiz (189 milyon ədəd) azalacaq, ultramobil qurğuların satışı isə 64,5 milyon ədəddən 68,9 milyon ədədədək artacaq. Mobil telefonların satışında cüzi azalma (1,81 milyon ədəddən 1,80 milyon ədədədək) gözlənilir. Lakin 2020-ci ildə fərdi kompüterlərin satışında azalma davama etdiyi halda mobil telefonlar bazarında cüzi artım müşahidə ediləcək. Bu barədə “Gartner” analitik şirkətinin hesabatında deyilir.  

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, analitiklərin sözlərinə görə, mobil telefon sahibləri onları əvəzləməyə ehtiyac görmürlər. Yeni modellərin köhnələrdən funksionallığına görə əhəmiyyətli dərəcədə fərqlənməyəcəyi təqdirdə yüksək qiymət seqmentinə aid telefonların inkişaf etmiş bazarlarda satışı azalmaqda davam edəcək. 2023-cü ilədək belə telefonların orta istismar müddəti 2,6 ildən 2,8 ilədək artacaq.

Hesabata görə, 2019-cu ilin sonuna bir sıra istehsalçılar bükülü ekrana malik smartfonları satışa çıxarmağı planlaşdırır. Analitiklərin fikrincə, hazırlanmasının çətin olması ilə əlaqədar onlar xüsusiləşmiş məhsul kimi qalacaqlar. 2023-cü ilədək onların yüksək qiymət seqmentli smartfonlar arasında payının 5 faizədək artacağı proqnozlaşdırılır ki, bu da təxminən 30 milyon ədədə bərabərdir.

Nizam Nuriyev





Baxış sayı: 157

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Aprel 2019

20 04 2019

20/04/19
"Azərpoçt"MMC problemli kredit sahiblərinə 2 formada kompensasiya verəcək

Aprel ayının 22-dən etibarən problemli kreditinə 500 manatdan aşağı kompensasiya düşən vətəndaşlar 

20/04/19
Ən köhnə messencerlərdən birinin fəaliyyəti dayandırılır

Tezliklə mesajlarla mübadilə üçün ən köhnə xidmətlərdən biri olan “BlackBerry Messenger”in fəaliyyəti dayandırı

20/04/19
Bill Qeytsin sərvəti 100 milyard dolları ötüb

Bill Qeytsin varidatı 20 ildə ilk dəfə 100 milyard dolları ötüb

20/04/19
“Instagram”da layklar ləğv edilə bilər

“Instagram” xidməti paylaşımların altındakı “layk”ların sayını gizlədə bilər