12px13px15px17px
Tarix:03/05/19

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi Şamaxı və Ağsu rayonlarında vətəndaşlarla görüşüb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırıq və tövsiyələrinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi Şamaxı və Ağsu rayonlarında vətəndaşlarla görüş keçirib.

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şamaxıda Şamaxı və Qobustan rayonlarının, nazirin birinci müavini Əli Abdullayev isə Ağsuda Ağsu və İsmayıllı rayonlarının sakinləri ilə görüşüb.

 

Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə sözügedən rayonlarda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlar qəbul edilib.

 

Vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerindəcə öz müsbət həllini tapıb.

 

Bəzi vətəndaşlar tərəfindən qaldırılan məsələlər nazirliyin səlahiyyətlərinə aid olmadığı üçün müvafiq qurumlara ünvanlanması üzrə qeydiyyata alınıb.

 

Regional səfər çərçivəsində nazir Ramin Quluzadə və nazirin birinci müavini Əli Abdullayev aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçiriblər.

 

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

 

Toplantıda müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi haqqında tapşırıqlar verilib.

 

 

 

 

 

 

 














Baxış sayı: 199

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 İyul 2020

15 07 2020

15/07/20
“Oppo” şirkəti 20 dəqiqə ərzində smartfonu enerji ilə tam doldurmağa imkan verən texnologiya təqdim edib

Sürətli enerjidoldurma texnologiyası sahəsində qabaqcıl liderlərdən biri olan Çinin “Oppo” şirkəti 125 v

15/07/20
2025-ci ilədək video müşahidə kameraları bazarının həcmi artmağa davam edəcək

“COVID-19” pandemiyasının mənfi nəticələrinə, ABŞ-ın dövlət müqavilələrində Çinin “Hikvision” və &ldquo

15/07/20
“Windows” əməliyyat sistemində 17 il mövcud olan boşluq aşkar edilib

“Microsoft” korporasiyası “Windows”un server versiyalarının istifadəçilərini yaxın vaxtlarda aşkar edilmi

15/07/20
“Philips OLED935” televizorları dördtərəfli “Ambilight” işıqlandırma sistemi ilə təchiz olunub

Niderlandın “Philips” şirkəti “OLED 4K” panellərinin istifadə olunduğu “OLED935” televizorlar seriyasını

15/07/20
“6G” şəbəkəsi nə vaxt istifadəyə veriləcək?

“Samsung” şirkəti altıncı nəsil mobil rabitə şəbəkəsi haqqında onun təsəvvürlərini əks etdirən hesabat də

15/07/20
“Amazon” şirkəti kassiri əvəz edən ərzaq arabası təqdim edib

“Amazon” şirkəti “Dash Cart” adlı "ağıllı" ərzaq arabasını təqdim edib. Alıcı məhsulları arabaya qoyduqda

15/07/20
“iPhone SE” modelindən ucuz smartfon buraxılacaq

ABŞ-ın “Apple” şirkəti yeni “iPhone SE” modelindən ucuz olacaq smartfon buraxmaq niyyətindədir. Bu barədə

15/07/20
Britaniya “5G” şəbəkəsinin qurulmasında “Huawei” xidmətlərindən imtina edib

Böyük Britaniya hökuməti Çinin “Huawei” şirkətinin ölkədə beşinci nəsil mobil rabitə şəbəkəsinin qurulmas