12px13px15px17px
Tarix:08/05/19

“Android” sisteminin yeni versiyası təqdim edilib

ABŞ-ın “Google” şirkəti “Android” mobil əməliyyat sisteminin “Android Q” adlandırılmış yeni versiyasını nümayiş etdirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “Android Q” versiyası süni intellektin köməyi ilə videonu (hətta səssiz olsa belə) onlayn rejimində tərcümə edə biləcək. Yeni sistem qatlanan smartfonları, “5G” şəbəkəsini, eyni zamanda "qara rəngli rejim"i dəstəkləyəcək.

 

Əməliyyat sistemi istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinə daha ciddi yanaşacaq. Yeni versiyada qurğuya qurulmuş proqramın hansı informasiyaya girişə malik olmasını izləmək daha asandır. Məlumata görə, “Android Q” sisteminin beta-versiyası hazırda 21-dən çox qurğuda əlçatandır.

 

Emil Hüseynov





Baxış sayı: 661

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024