12px13px15px17px
Tarix:15/05/19

“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu olacaq

"İnnovasiya Festivalı" çərçivəsində cari ilin 3 iyun tarixində "Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar" Forumu ("MAİNTECH – 2019") keçiriləcək.

 

Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi və təşəbbüsü ilə baş tutacaq.

 

Forumun keçirilməsində əsas məqsəd innovativ və texnoloji məhsul və xidmətlərin daha geniş tanıdılması və onların ixracına dəstək olmaqdır.

 

Tədbirdə yerli innovativ məhsul və texnologiyaların ixrac perspektivləri, innovativ biznes ekosisteminin inkişafı, yaradılan məhsul və xidmətlərdən ölkə daxilində həm özəl, həm də dövlət sektoru tərəfindən istifadənin təşviq edilməsi üzrə təqdimat və müzakirələr yer alacaq.

 

Forumda dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri, habelə innovasiya ekosisteminin iştirakçıları, startapçılar və xarici ölkələrdən olan nümayəndələrin iştirakı nəzərdə tutulur.





Baxış sayı: 49

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Oktyabr 2019

14/10/19
Smartfon vasitəsilə əşyanı müəyyənləşdirməyə imkan verən “Knocker” texnologiyası təqdim olunub

Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda (KAIST) hazırlanmış "Knocker" texnologiyası obyektl

14/10/19
3D printerdə 2 ton ağırılığında gəmi çap edilib

3D printerdə 2,2 ton ağırlığında 7 metrlik gəmi çap edilib. Bu, indiyədək çap edilmiş ən böyük obyektdir,

13 10 2019