12px13px15px17px
Tarix:23/05/19

“DDoS”-hücumların sayı 84% yüksəlib

"Kasperski Laboratoriyası" antivirus şirkətinin məlumatına əsasən, 2019-cu ilin birinci rübündə dünyada “DDoS”-hücumların sayı ötən üç ayla müqayisədə 84% yüksəlib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin sözlərinə görə, 2018-ci ildə “DDoS”-hücumların sayı azalan xətt üzrə inkişaf edirdi.

 

“DDoS”-hücumların sayının artmasından başqa, belə hücumlar uzunmüddətli və mürəkkəb olur. 2019-cu ilin yanvar-martında belə hücumların orta müddəti ötən üç ayla müqayisədə 4,21 dəfə yüksəlib.

 

"Kasperski Laboratoriyası" şirkətlərə “DDoS”-hücumlardan müdafiə üçün bir sıra tədbirlər görməyi tövsiyə edir. Məsələn, sayt və İT resurslarının böyük miqdarda trafiki emal etməsindən əmin olmaq və bu tip hücum tipindən müdafiə üçün ixtisaslaşdırılmış həllərdən istifadə etmək lazımdır.

 

Emil Hüseynov





Baxış sayı: 429

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024