12px13px15px17px
Tarix:30/05/19

Bakıda “Monex Summit” keçirilir

Mayın 30-da "İnnovasiya Festivalı" çərçivəsində Bakıda "Monex Summit" işə başlayıb.

 

Sammit Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankın rəsmi dəstəyi, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və "FA İnternational Trade Events" şirkətinin birgə təşkilatçılığı ilə keçirilir.

 

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə maliyyə-bank sisteminin rəqəmli transformasiyasında kibertəhlükəsizliyin mühüm rol oynadığını bildirib. "Azərbaycanda kibertəhlükəsizlik sahəsində ciddi addımlar atılır. Kibertəhlükəsizliyə cavabdeh qurumlar yaradılıb, informasiya təhlükəsizliyi üzrə standartlar qəbul olunub. Hazırda isə kibertəhlükəsizlik üzrə Milli Strategiyanın qəbul olunması istiqamətində işlər aparılır".

 

Nazirliyin maliyyə texnologiyalarının inkişafında maraqlı olduğunu qeyd edən R.Quluzadə bu istiqamətdə irəli sürülən təşəbbüslərə dəstək verdiklərini deyib. "Artıq ölkəmizdə nazirliyin dəstəyi ilə blokçeynlə bağlı bir sıra tədbirlər keçirilib. Bu yaxınlarda nazirliyin təşkilatçılığı ilə böyük bir "FinTech" Forumu keçirildi. Forum çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyası arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Hesab edirəm ki, birgə fəaliyyət sayəsində bu sahəyə öz töhfəmizi verəcəyik".

 

Maliyyə texnologiyalarının inkişafında startapların mühüm rol oynadığını bildirən nazir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyət istiqamətlərindən birinin də məhz innovativ inkişafı dəstəkləmək olduğunu diqqətə çatdırıb. "Nazirlik artıq bir neçə ildir ki, startaplara, biznes ideyaların reallaşdırılmasına kömək edir, onlara müsabiqə əsasında qrantlar verir. Ölkəmizdə startap hərəkatının genişləndirilməsi üçün müxtəlif layihələr, təlimlər, müsabiqələr keçirilir. Gənclər arasında böyük maraqla qarşılanan "İ2B – İdeyadan Biznesə" layihəsi də buna bir misaldır".

 

Sammit çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Səudiyyə Ərəbistanının "Daal Venture Capital" şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

 

İki gün davam edəcək tədbirdə "fintech" və bank sənayesinin ən mühüm liderləri bir araya gəlib.

 

Sammitdə 300-dən çox yerli və xarici şirkət, 70-dən artıq natiq və 20-dək ölkədən nümayəndə iştirak edir.

 

Tədbirdə "fintech" liderləri, "C-level" təmsilçiləri, Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Şərqi Avropanın nəhəng banklarından olan ekspertlər təcrübə mübadiləsi aparıb.

 

İştirakçılar ödəniş, təhlükəsizlik, data və informasiya texnologiyaları üzrə qlobal şirkətlərin rəhbərləri ilə görüş, panel müzakirələrdə iştirak, B2B görüşlər, startapçılar üçün real sərmayə və potensial müştərilərlə əməkdaşlıq imkanı əldə ediblər.

 

"Monex Caspian Summit" sərgi, konfrans, marafon, Heydər Əliyev Mərkəzində baş tutacaq qala gecəsi və dünyaca məşhur ifaçının iştirak edəcəyi "Monex Party" kimi bir sıra tədbirlərlə müşayiət olunacaq.

 

 

 

 

 

 

 





Baxış sayı: 39

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Sentyabr 2019

16 09 2019

16/09/19
“iPhone XR” 2019-cu ilin birinci yarısında ən populyar smartfon olub

Analitiklər 2019-cu ilin birinci yarısının nəticəsinə görə “iPhone XR” aparatını 

16/09/19
“16K” təsvir ölçülü “Sony” ekranı “Micro LED” modullarından ibarətdir

“Sony” şirkəti bu ilin əvvəlində “Crystal LED” texnologiyası üzrə hazırlanan “16K” təsvir 

16/09/19
Yeni boşluq 1 milyarddan çox smartfona müdaxiləyə imkan verir

Təhlükəsizlik üzrə mütəxəssislər tərəfindən SİM kartlarda aşkar edilmiş yeni boşluq 1 milyarddan çox smartfona 

16/09/19
“Libra” kriptovalyutası Avropada qadağan edilib

Fransa və Almaniya hökumətləri “Facebook”un “Libra” adlı  yeni kriptovalyutasını 

16/09/19
Nazir Ramin Quluzadənin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstana səfər edib (YENİLƏNİB)

Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində Müstəqil Dövlətlər Birliyinin rabitə 

16/09/19
Rekord parlaq monitorlar üçün yeni standart rəsmən təqdim olunub

Videoelektronika Standartlaşdırma Assosiasiyası (VESA) yeni nəsil displeylər üçün hazırlanan yeni “DisplayHDR 1400” stand

16/09/19
Almaniyada “IBM Q System One” kvant kompüteri quraşdırılacaq

“IBM” şirkəti və Fraunhofer adına Elmi Tədqiqat Cəmiyyəti (Fraunhofer Gesellschaft) arasında Almaniyada tədqiqat və eksperimentlərin aparı

16/09/19
Cənubi Koreyada təcili tibbi yardım dronları istifadəyə veriləcək

Cənubi Koreyanın Milli Parklar Xidməti 2020-ci ildən etibarən dağlıq yerlərə ilk tibbi yardım