12px13px15px17px
Tarix:31/05/19

ABŞ-ın Azərbaycandakı səfiri İnnovasiyalar Agentliyində olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberqer arasında İnnovasiyalar Agentliyində görüş keçirilib.

 

Görüşdə səfirə agentliyin fəaliyyəti barədə məlumat verilib. Səfir İnnovasiyalar Agentliyinin Laboratoriya, biznes inkubasiya və akselerasiya mərkəzi ilə tanış olub.

 

Daha sonra yerli startapçılar və ABŞ-ın İT şirkətlərinin Azərbaycandakı nümayəndəlikləri ilə görüş keçirilib. Azərbaycanda innovasiya və yüksək texnologiyalar sahəsinin inkişafı ilə bağlı görülə biləcək işlər və gələcək planlar barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda yerli startapların ABŞ akselerator və investorları ilə daha geniş əməkdaşlıq perspektivləri haqqında danışılıb.

 

Bu günə qədər 6000-dən çox azərbaycanlının mübadilə proqramı əsasında ABŞ-da olduğunu bildirən səfir Li Litsenberqer vurğulayıb ki, bu rəqəmi qənaətbəxş hesab etmək olmaz. “Düşünürəm ki, Azərbaycanda innovasiya ekosisteminin inkişafı üçün böyük potensial var. Mübadilə proqramlarının sayı artırılmalıdır. Belə proqramlar iki ölkə arasında əməkdaşlığın genişlənməsinə kömək edir. Səfirliyin büdcəsi məhdud olduğuna görə biz özəl şirkətlərin bu cür proqramlara sponsor olmasını arzu edirik”.

 

Səfir qeyd edib ki, artıq Amerika Ticarət Palatasının üzvü olan şirkətlərlə mübadilə fəaliyyətinə sponsorluq etmələri ilə bağlı təkliflər verilib.

 

İnnovasiyalar Agentliyinin qurulması haqqında danışan nazir Ramin Quluzadə bildirib ki, ölkə rəhbərliyinin təşəbbüsü ilə Azərbaycanda innovasiya infrastrukturu formalaşdırılır. “İnformasiya-kommunikasiya texnologiyaları sahəsi dünyada dinamik inkişaf edir. Bu sahə ölkəmiz üçün də prioritet sahələrdən biridir və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir”.

 

Nazir qeyd edib ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş siyasətə uyğun olaraq ölkənin davamlı inkişafını təmin etmək üçün qeyri-neft sektoru, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsi sürətlə inkişaf etdirilir.

 

R. Quluzadə startap hərəkatının inkişaf etdiyi ABŞ kimi bir ölkənin Azərbaycanda bu sahənin inkişafına göstərdiyi dəstəyin əhəmiyyətindən danışıb. Səfirlik və ABŞ şirkətləri ilə birgə layihələrin həyata keçirildiyini deyən nazir bu əməkdaşlığın davam edəcəyini bildirib.

 

Daha sonra ABŞ-ın texnologiya sahəsində fəaliyyət göstərən şirkətləri və birinci Azərbaycan-Amerika mübadilə proqramının iştirakçıları çıxış edib.

 

Çıxışlardan sonra nazir və səfir startapçıların suallarını cavablandırıb.

 

Sonda İnnovasiyalar Agentliyinin “Sponsorlar və tərəfdaşlar” guşəsinə ABŞ lövhəsi əlavə olunub.

 

 

 

 

 

 

 





Baxış sayı: 87

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Fevral 2020

24/02/20
“MasterCard” yeriş və ürək döyüntüsü ilə ödəniş etməyi təklif edir

“MasterCard” şirkəti yeriş, üz ifadələri və ürək döyüntüsünə görə şəxsiyyətin eyniləşdirilməsini

24/02/20
Ən ucuz düyməli smartfon təqdim edilib

Pakistanın “Jazz” telekommunikasiya şirkəti “Jazz Digit 4G” adlı dünyanın ən ucuz düyməli smartfonunu buraxıb.

24/02/20
“HAPS Alliance” yüksək hündürlükdə əlçatan internetin inkişafı ilə məşğul olacaq

Telekommunikasiya, texnologiya, aviasiya və aerokosmik şirkətlər qrupu “HAPS Alliance” adlı əməkdaşlıq

24/02/20
Robot ilk dəfə mikrocərrahiyyə əməliyyatı keçirib

Niderlandlı alimlər tərəfindən təqdim edilmiş robot ilk dəfə uğurlu mikrocərrahiyyə əməliyyatı keçirib

24/02/20
Ştutqart Aeroportunda ekzoskeletlər yükdaşıyanlara kömək edəcək (VİDEO)

Almaniyanın Ştutqart Aeroportunda xüsusi ekzoskeletlər yükdaşıyanların istifadəsinə verilib.

24/02/20
Avropa İttifaqında süni intellekt sahəsinin tənzimlənməsi üzrə plan hazırlanıb

Avropa Komissiyası süni intellekt sənayesi üçün tənzimləyici norma və tələblərin yaradılması üzrə plan tə

24/02/20
Ən sürətli internet hansı ölkədədir?

“WebsiteToolTester” şirkəti hesabat dərc edərək ən sürətli internetin olduğu dünya ölkələrinin siyahısını

23 02 2020