12px13px15px17px
Tarix:13/06/19

İki nəhəng İT şirkəti “iCloud Drive” interfeysinin yaradılması üçün birləşib

"Apple" və "Microsoft" şirkətləri bir sıra uyğunluq problemlərini həll edəcək "iCloud Drive" interfeysinin yaradılması üçün səylərini birləşdirib. Birləşmə mütəxəssislər tərəfindən "Microsoft" şirkətinin "Windows 10" əməliyyat sistemi ilə uyğunluq təşkil edən "Apple" məhsullarının olmamasına görə müsbət qarşılanıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, yeni əlavə fərdi kompüter və ya smartfondan fotoşəkil, video, poçt və "iCloud" hesabı daxilində saxlanılan digər fayllara çıxışa imkan verəcək.

 

Bildirilir ki, əvvəllər istifadəçilər zəif sinxronlaşdırma sürəti və digər problemlərlə üzləşiblər.

 

"Windows 10" əməliyyat sistemi üçün "iCloud Drive" interfeysi artıq "Microsoft Store" əlavələr mağazasında yerləşdirilib.

 

Qeyd edək ki, "Apple" şirkəti "Apple Pay" sistemini bir sıra servislərinə yeni ödəniş üsulu kimi əlavə etməyə hazırlaşır. Sistem "iTunes", "App Store", "Apple Music" və "iCloud" servisləri tərəfindən dəstəklənəcək. Yenilikdən tədricən ABŞ, Kanada, Avstraliya, Sinqapur, Honkonq, Tayvan, Rusiya, BƏƏ və Ukrayna istifadəçiləri yararlana biləcəklər. "Apple Pay Cash" servisindən, həmçinin ABŞ sakinləri istifadə edə biləcəklər.

 

Nizam Nuriyev





Baxış sayı: 55

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Noyabr 2019

16 11 2019

16/11/19
2020-ci ildə Şərq Tərəfdaşlığı ölkələri arasında rominq tariflərinin azaldılmasına dair saziş imzalana bilər

Şərq Tərəfdaşlığı ölkələri arasında rominq tariflərinin azaldılması ilə bağlı birgə iclas keçirilib

16/11/19
Çinli bütün gecə telefonda oynadıqdan sonra bir gözü kor olub

Çinin Şençjen şəhərinin sakininin sol gözü bütün gecə smartfonda oynadığı üçün kor olub

16/11/19
Diş protezləri üçün “3D” printer hazırlanıb

“Formlabs” şirkəti tərəfindən diş protezlərinin çapı üçün hazırlanmış xüsusi “3D” printer 

16/11/19
Yeni mobil tətbiq istənilən şəxsə yaxınlıqdakı dronu izləməyə imkan verəcək

İzləmə texnologiyası artıq 2020-ci ildə ABŞ-da istifadəçilərə smartfon