12px13px15px17px
Tarix:19/06/19

“Microsoft” klaviaturaya yeni düymə əlavə edəcək

”Microsoft” şirkəti klaviaturaya yeni düyməni əlavə etməyi planlaşdırır. Yeni klaviatura düyməsinin “Microsoft Office” paketinə daxil olan proqramların işə salınması üçün cavabdeh olacağı təxmin edilir. Bu haqda “The Verge” nəşri yazır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, hələ ki şirkət yeni klaviatura düyməsinin əlverişliliyi haqqında sorğular keçirir. Ehtimal ki, yeni düymə sağda yerləşən və istifadəçilər tərəfindən çox istifadə edilməyən “Win” düyməsini əvəz edəcək. İstehsalçılar, həmçinin yeni klaviatura düyməsini noutbuklarda tətbiq etməyi planlaşdırırlar.

 

Məlumata görə, “Microsoft” korporasiyası 1994-cü ildən “Win”-klaviaturaların klassik düzülüşünü dəyişdirməyib.

 

Emil Hüseynov





Baxış sayı: 1072

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024