12px13px15px17px
Tarix:27/06/19

“Huawei” şirkəti “5G” sahəsində tədqiqat və işləmələrə 40 milyard dollar investisiya qoyub

Çinin “Huawei” şirkəti son on ildə beşinci nəsil mobil rabitə şəbəkələri (5G) sahəsində tədqiqat və işləmələrə 40 milyard dollar investisiya yatırıb. Hazırda Çinin texnoloji nəhəngi qeyd edilən istiqamətdə texnologiya və qurğular üçün ən çox patent hüququna malik şirkətdir. Onun “5G” sahəsində tədqiqat və işləmələrinə müxtəlif texnologiyaların, çiplərin, əsas alqoritmlərin və s. yaradılması daxildir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “Huawei” nümayəndələrinin sözlərinə görə, daxili test zamanı şirkətin “5G” şəbəkəsində ən yüksək bağlantı sürəti 10,3 Qbit/saniyə təşkil edib ki, bu da sahə üçün rekord nailiyyətdir. Son istifadəçilər üçün ən yüksək sürətə gəldikdə, göstərici 1,86 Qbit/saniyəyə bərabərdir.

 

Qeyd olunur ki, şirkət tərəfindən “5G” şəbəkələrinin işlənməsi və istismarı son vaxtlar əksər ölkələrdə aktiv müzakirə olunur. ABŞ hökuməti “Huawei” telekommunikasiya avadanlığından istifadəyə qadağa qoyduqdan sonra ekspertlərin fikirləri fərqlənməyə başlayıb. Onların bəzisi hesab edir ki, uzunmüddətli perspektivdə şirkət daha da güclənəcək və artım nümayiş etdirəcək. Lakin bir sıra mütəxəssislərin fikrincə, şirkət mövcud çətin şəraitdən çıxa bilməyəcək.

 

Hazırda “Huawei” “5G” sahəsində 2160 standart paketə (SEP) malikdir. “Nokia” şirkətinin aktivində 1516, “ZTE” şirkətinin isə 1424 patent var. Cənubi Koreyanın “Samsung” və “LG” şirkətlərinin isə müvafiq olaraq 1359 və 1353 patenti qeydiyyatdan keçib. ABŞ şirkətləri arasında ən çox qeydiyyatdan keçmiş patent hüququ “Qualcomm” şirkətinin aktivindədir.

 

Nizam Nuriyev





Baxış sayı: 204

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Avqust 2020

13 08 2020

13/08/20
Azərbaycan nümayəndəsi UNESCAP-ın ASİSM layihəsi üzrə İdarəetmə Komitəsinin iclasında iştirak edib

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Asiya-Sakit okean 

13/08/20
Dünyada milyonlarla istifadəçi Çinin casus proqramlarını quraşdırıb

Mütəxəssislərin araşdırmasına görə, dünyada milyonlarla istifadəçi “QuVideo Inc.” şirkətinin 

13/08/20
Cənubi Koreyada “5G” şəbəkələrinin sürəti ölçülüb

Cənubi Koreyanın paytaxtı Seulda və ölkənin digər altı böyük şəhərində beşinci nəsil mobil rabitə 

13/08/20
“Twitter”də yeni funksiya istifadəyə verilib

“Twitter” mikrobloqlar xidməti istifadəçilərə onların yazılarına cavab verə bilən şəxslərin dairəsini

13/08/20
Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür

Bu gün Bakı Teleqüllə Kompleksinin istismara verilməsindən 24 il keçir

13/08/20
“Honor Hunter” oyun noutbukları hazırlanır

Çinin telekommunikasiya nəhəngi “Huawei” şirkətinə məxsus “Honor” markası yeni seriyalı portativ kompüterlərin haz

13/08/20
Maliyyə təşkilatlarının pandemiyaya görə İT xərcləri 5 faiz azalacaq

“Gartner” analitik şirkəti 2020-ci ildə maliyyə sektorunda qlobal informasiya texnologiyaları (İT) xərclərinin koronavirus pandemiyasına&n

13/08/20
“iPhone 12” smartfonunun gücü açıqlanıb

Yeni “Apple” smartfonunun gücü kompüterin məhsuldarlığına bərabər olacaq

13/08/20
Dünyanın ən bahalı brendləri məlum olub

“Kantar” analitik agentliyi dünyada ən bahalı brendlərin yenilənmiş illik reytinqini