12px13px15px17px
Tarix:29/06/19

Almaniyanın məşhur televizor istehsalçısı iflas olub

Almaniyanın elektron texnikanın istehsalı ilə məşğul olan məşhur "LOEWE" şirkəti iflasa uğrayaraq fəaliyyətini dayandırmaq məcburiyyəti ilə üzləşib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "RİA Novosti" resursuna istinadən yazır ki, Almaniyanın Kron şəhərində yerləşən yüzillik tarixə malik şirkətin bu həftənin sonunadək fəaliyyətinə xitam verəcəyi gözlənilir.

 

Məlumata görə, iflasa səbəb kimi kreditorların şirkətə fəaliyyətin davam etdirilməsi üçün vəsaitlər təqdim etməkdən imtinası qeyd olunur. Bununla belə, "LOEWE" rəhbərliyi şirkəti xilas edəcək investor tapacağına ümid edir. Bu isə 400 əməkdaşın iş yerini saxlamağa imkan verə bilər.

 

Televizor istehsalında ixtisaslaşan "LOEWE" Cənubi Koreya, Yaponiya və Çin şirkətləri tərəfindən ciddi rəqabət fonunda problemlərlə üzləşməyə başlayıb. Müəssisə mayın əvvəlində iflasın könüllü tanınması üçün məhkəməyə müraciət edib. Bununla bağlı qərarın avqustun 1-də veriləcəyi bildirilir.

 

Nizam Nuriyev





Baxış sayı: 506

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024