12px13px15px17px
Tarix:10/07/19

Kompakt “VAIO” noutbuku portların sayına görə rekorda imza atıb

Yaponiyanın "VAIO" şirkəti 9 porta malik 12,5 düym diaqonallı "SX12" noutbukunu təqdim edib. Qurğu üç "USB-A" portu, enerjinin doldurulması üçün bir "USB-C", "HDMI", "SD" yaddaş kartı üçün slot, qulaqcıq üçün 3,5 millimetrlik çıxış, eləcə də "RJ-45" və "VGA" çıxışları ilə təchiz olunub.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Macdigger www.macdigger.ru" resursuna istinadən yazır ki, noutbukun klavişləri 12 düymlük "MacBook"da olduğu kimi kənardan kənara yerləşir. Çəkisi 888 qram təşkil edən noutbukda quraşdırılan "LTE" modulu dördnüvəli "Intel Core i5" prosessoru və ya səkkizinci nəsil "Intel Core i7" ilə işləyir.
 
Əvvəlcə Yaponiyada satışa çıxarılacaq "VAIO SX12" noutbukunun qiyməti quraşdırılmış yaddaşın tutumundan, prosessordan və korpusun rəngindən asılı olaraq 1100-2 min dollar arasında dəyişəcək. Modelin digər ölkələrdə nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir.
 
Qeyd edək ki, "Sony" şirkəti ziyanla işləyən "VAIO" brendli kompüter biznesini 2014-cü ilin fevralında "Japan Industrial Partners" (JIP) fonduna satıb.
 
Nizam Nuriyev




Baxış sayı: 367

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Sentyabr 2020

26/09/20
“Sualtı “Wi-Fi” yaradılıb

“Hydromea” şirkətinin tədqiqatçıları “LUMA” adlı yeni simsiz məlumat ötürmə texnologiyası

26/09/20
Pandemiya fonunda smartfonların orta qiyməti 10 faiz bahalaşıb

“Counterpoint Technology Market Research” şirkəti bu ilin ikinci rübündə dünya smartfonlar bazarında vəzi

26/09/20
“Windows 10” sisteminin beta versiyasında “Zoom” proqramının analoqu test edilir

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin yeni versiyasının testlərinə başlayıb. Beta v

25 09 2020

25/09/20
Pekində “5G” istifadəçilərinin sayı 5 milyonu ötüb

Pekində yeni nəsil “5G” rabitə şəbəkəsi istifadəçilərinin sayı 5,06 milyon 

25/09/20
İlk “OPPO” televizorlarının təqdimat tarixi açıqlanıb

“OPPO” şirkəti ilk smart televizor nəslinin rəsmi təqdimat tarixini 

25/09/20
Yeni nəsil polis itləri elektron qurğuların aşkarlanmasına kömək edəcəklər

ABŞ-ın hüquq-mühafizə orqanları xidməti itləri narkotik və silahla yanaşı, elektron qurğuları aşkarlamağı öyrətməyə

25/09/20
“Whats App” tərtibatçıları şəkillərin avtomatik silinməsi funksiyası üzərində işləyirlər

Populyar “WhatsApp” messencerinin yaradıcıları “Expiring Media” adlı yeni 

25/09/20
“Instagram” istifadəçilərini izləyən təhlükəli boşluq aşkarlanıb

“Check Point” şirkətinin mütəxəssisləri “Instagram”da sosial şəbəkə istifadəçilərini izləməyə imkan verən 

25/09/20
"Vikipediya"nın veb-versiyasının dizaynı son 10 ildə ilk dəfə yenilənəcək

"Vikipediya" onlayn ensiklopediyasının veb versiyasının dizaynı son 10 ildə ilk dəfə 

25/09/20
Abunəsiz “Microsoft Office” paketi gələn il əlçatan olacaq

“Windows” və “macOS” üçün abunəsiz “Office” ofis proqramları paketi 2021-ci ildə 

25/09/20
“iPhone SE” modelini əvəzləyəcək smartfon məlum olub

“Apple” şirkəti 2021-ci ildə yeni ucuz smartfon buraxacaq. Bu barədə “GizChina” nəşrinin tanınmış bloger Min-Çi Konun h