12px13px15px17px
Tarix:16/11/11

ABŞ kiberhücumlara hərbi zərbələrlə cavab verəcək

ABŞ kiberhücumlara cavab olaraq silahlı qüvvə tətbiq etmək hüququnu saxlayır. Bu barədə Pentaqonun Konqresə təqdim edilmiş hesabatına istinadən “Reuters” agentliyi xəbər verib.

12 səhifəli hesabatda bildirilib ki, kiberhücumlar ABŞ iqtisadiyyatına, dövlət idarəçiliyinə və hərbi infrastruktura ziyan verə bilər. Buna görə də düşmən aktlarına reaksiya bütün mümkün vasitələri özünə daxil etməlidir.

Pentaqon onlara həm diplomatik, iqtisadi və informasiya tədbirlərini, həm də hərbi hərəkətləri aid edir. Bu halda, hesabatda qeyd olunub ki, həm elektron üsullar (ABŞ silahlı qüvvələrində bununla bağlı kiberbölmə mövcuddur), həm də adət edilmiş silahlanmadan istifadə oluna bilər.

“ABŞ Müdafiə Nazirliyinin 7 milyon kompyuteri daim kiberhücumlara məruz qalır. Bu hücumların 2 əsas mənbəyi Çin və Rusiyadır”- Pentaqonun hesabatında belə deyilir.



Baxış sayı: 1557

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024