12px13px15px17px
Tarix:17/07/19

Avstraliyada sürücüsüz avtobuslar sərnişinləri daşımağa başlayıb

Yeni Cənubi Uels hakimiyyəti Kofs-Harbor şəhərində sürücüsüz ictimai nəqliyyatın real şəraitdə fəaliyyət göstərməsi üçün "BusBot" proqramının ikinci sınaq mərhələsini işə salıb. “EasyMile” şirkətinin “EZ10” modelinin robot şattları ilk öncə liman boyunca istirahət edənləri daşıyırdı, amma bundan sonra onlar “Marian Grove Retirement Village” kənd-sanatoriyasında yaşlıları daşıyacaqlar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, “Via” ictimai nəqliyyat xidməti tərəfindən smartfon üçün hazırlanmış sadə proqram vasitəsilə sürücüsüz avtobus çağırmaq mümkündür. Lakin bu, şəxsi taksi deyil, buna görə proqramda göstərilmiş avtobus dayanacağına getmək lazımdır. Yalnız kənd ərazisində hərəkət edən avtobusa minmə və düşmə dayanacaqlarda həyata keçirilir.

 

“BusBot” konsepsiyası, həmçinin sürücüsüz nəqliyyat vasitəsinin kollektiv, ictimai xidmət göstərdiyini nəzərdə tutur. Bu səbəbdən tək getmək alınmayacaq, sistem boş yerlərin mövcudluğunu izləyir, bütün sərnişinləri qısa müddətə daşımaq üçün hərəkət marşrutu qurur.

 

Sürücüsüz avtobusun ikinci sınaq mərhələsi təxminən 22 həftə davam edəcək.

 

Emil Hüseynov





Baxış sayı: 594

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024