12px13px15px17px
Tarix:19/07/19

“Google Play” mağazasında casus proqramları aşkar edilib

“Avast” antivirus istehsalçısı “Google Play” mağazasının kataloqunda 7 casus proqramı aşkar edib. Bu proqramların köməyi ilə kolleqa və qohumları izləmək mümkün idi.

 

Həmin proqramlar aşağıdakılardır: “Track Employees Check Work Phone Online Spy Free”, “Spy Kids Tracker”, “Phone Cell Tracker”, “Mobile Tracking”, “Spy Tracker”, “SMS Tracker” və “Employee Work Spy”.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, bu proqram təminatı ümumilikdə 130 min dəfədən çox yüklənilib. Ən çox “Spy Tracker” və “SMS Tracker” proqramları yüklənilib.

 

Aşkar edilmiş zərərverici proqramlar qurbanın olduğu yeri izləyib, onun kontaktlarını, SMS mesajlarını və zənglərin tarixçəsini toplayıb. Bəzi qurğularda “WhatsApp” və “Viber” mesajlarına müdaxilə etmək mümkün olub.

 

Bütün casus proqramları “Google Play”dən silinib.

 

Emil Hüseynov





Baxış sayı: 146

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020