12px13px15px17px
Tarix:26/07/19

“Xiaomi RedmiBook 14” noutbuku təqdim edilib

Çinin “Xiaomi” şirkəti “RedmiBook 14” noutbukunu təqdim edib. Qurğu özündə güclü texniki xüsusiyyətləri, o cümlədən “Corei3-8145U” prosessorunu, 4 giqabaytlıq operativ və 256 giqabaytlıq quraşdırılmış yaddaşı birləşdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Korrespondent www.korrespondent.net” resursuna istinadən yazır ki, adından da göründüyü kimi, “RedmiBook 14” noutbuku 14 düym diaqonallı ekranla tədarük edilir. Lakin bu, bir sıra digər modellərdə quraşdırılan displeylərdən fərqlənir. Belə ki, ekran 5,75 mm dar çərçivəyə malik olmaqla panel səthinin 81,2 faizini əhatə edir.
 
Bundan başqa, noutbuk tamölçülü klaviatura ilə təchiz olunub, 17,95 mm qalınlığında korpus isə metaldan hazırlanıb.
 
Məlumata görə, noutbuk dözümlülük baxımdan 10 saat avtonom iş vaxtını təmin edir və 34 dəqiqəyə enerjinin 50 faizini toplayır.
 
Noutbukun sol tərəfində bir “HDMI” və iki “USB 3.0” portu, sağda isə interfeys qarniturası və “USB 2.0” çıxışı quraşdırılıb.  
 
“Xiaomi RedmiBook 14” noutbukunun qiyməti 465 dollar təşkil edir.
 
Nizam Nuriyev




Baxış sayı: 85

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Oktyabr 2019

20 10 2019