12px13px15px17px
Tarix:01/08/19

“Samsung Galaxy Tab S6” planşeti rəsmən təqdim edilib

"Samsung" şirkəti yeni qabaqcıl "Galaxy Tab S6" planşetini rəsmən təqdim edib. O, kontentin yaradılması və əyləncə üçün ideal mobil qurğu kimi qələmə verilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ITCua www.itc.ua" resursuna istinadən yazır ki, "Samsung Galaxy Tab S6" planşeti "WQXGA" təsvir ölçülü (1600×2560 piksel, 287 PPI) 10,5 düym diaqonallı "Super AMOLED" displey, eləcə də "Dolby Atmos" dəstəkli dörd  "AKG" dinamik və iki mikrofon ilə təchiz edilib. Aparat platforması qismində 64 bitlik səkkiznüvəli "Snapdragon 855" prosessorundan istifadə olunur. Bununla yanaşı, seçim üçün iki "microSD" yaddaş konfiqurasiyası təqdim ediləcək: 6/128 giqabayt və 8/256 giqabayt. Akkumulyator tutumu 7040 milliamper/saat təşkil edir. Stilusda (elektron qələm) 0,35 milliamper/saat tutumlu batareyadan istifadə olunub.  
 
"S Pen" stilusu simsiz enerji doldurmanı və "S Pen Air" jestlərini dəstəkləyir.
 
Bundan başqa, qurğu planşeti fərdi kompüterə çevirməklə istifadəçiyə adi üslubda işləməyə imkan verən yeni təkmilləşdirilmiş "Samsung DeX" həll versiyasını dəstəkləyir. Yeni "Book Cover Keyboard" klaviatura altlıq təkmilləşdirilmiş toxunuş xüsusiyyətləri, yeni funksional klavişlər və s. ilə təchiz edilib.
 
Planşet 8 meqapikselli ön kameraya, 13+5 meqapiksel formatlı əsas "Ultra Wide" qoşa kameraya və keyfiyyətli təsvir əldə etməyə imkan verən "Neural Processing Unit" intellektual emal sisteminə malikdir. Barmaq izi skaneri ekrana inteqrasiya olunub.
 
Qabaritləri 244,5×159,5×5,7 mm, çəkisi 420 qram təşkil edən "Samsung Galaxy Tab S6" planşeti "Mountain Gray", "Cloud Blue" və "Rose Blush" rənglərində təklif ediləcək. Satışlara avqustun sonunda sentyabrın əvvəlində başlamaq nəzərdə tutulur. Planşetin əsas modelinin (6/128 giqabayt) qiyməti 649 dollar, təkmilləşdirilmiş versiyanın (8/256 giqabayt) isə 729 dollar təşkil edir.

Nizam Nuriyev 
 






Baxış sayı: 193

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Fevral 2020

22/02/20
“Huawei” 5G-nin kommersiya istifadəsi üçün 91 müqavilə bağlayıb

Çinin “Huawei” şirkəti 5G texnologiyasının kommersiya istifadəsi üçün  91 müqavilə bağlayıb

22/02/20
“Xiaomi” 100 ən innovativ şirkətlər siyahısına daxil edilib

“Clarivate Analytics Plc.” şirkətinin hesabatına əsasən, “Xiaomi” ikinci dəfə dünyanın 100 ən 

22/02/20
Yaponiya Marsın peykinə kosmik zond göndərəcək

Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentlyi (JAXA) Marsın Fobos peykinə zond göndərmək planı 

21 02 2020

21/02/20
Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

Cari ilin 2-6 mart tarixlərində ölkəmizdə II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

21/02/20
Alimlər superkondensatorun sıxlığını 10 dəfə artırıblar

Alimlər superkondensatorun sıxlığını 10 dəfə artırmağa nail olublar. İndi onların əsasında işləyən akk

21/02/20
“Google Play”dən zəhlətökən reklama malik yüzlərlə tətbiq silinib

“Google” şirkəti “Google Play” proqramlar mağazasından istifadəçilərə zorla reklam təqdim edən təxminən 6

21/02/20
“Əşyaların interneti” üçün yeni çip 5000 dəfə daha az enerji sərf edir

Yeni ixtira sayəsində “Əşyaların interneti” qurğularına enerji doldurma blokları və ya böyük ölçülü

21/02/20
“HTC” şirkəti gələcəyin qarışıq reallıq eynəyini nümayiş etdirib

Tayvanın “HTC” şirkəti yeni nəsil qarışıq reallıq eynəyi hazırlamaqla məşğuldur. Qurğunun ölçüləri artıq

21/02/20
“Microsoft” korporasiyası “iOS” və “Android” üçün öz antivirus həllini təqdim edəcək

“Microsoft” korporasiyasının portfoliosuna yalnız “Windows” əməliyyat sistemi və “Office” paketi

21/02/20
“Microsoft” Meksikada layihələrə 1,1 milyard dollar investisiya qoyacaq

Meksika Prezidenti Andres Manuel Lopes Obrador “Microsoft” şirkətinin beş il ərzində ölkədə informasiya t

21/02/20
“Apple” qurğularında standart proqramları dəyişmək mümkün olacaq

“Apple” şirkəti istifadəçilərə “iPhone” və “iPad” qurğularında standart mobil proqramları dəyişməyə i