12px13px15px17px
Tarix:01/08/19

Avstraliyada “Fujitsu Gadi” superkompüteri qurulacaq

Yaponiyanın "Fujitsu" şirkətinin Avstraliya bölməsi Kanberra şəhərində yerləşən Avstraliya Milli Universitetində əvvəlki "Raijin" sistemini əvəzləyəcək "Gadi" adlı yeni və daha güclü superkompüter quraşdıracaq. Gələcək supersistemin məhsuldarlığı barədə məlumat verilməsə də, onun əvvəlki sistemi 10 dəfə üstələyəcəyi bildirilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Servernews www.servernews.ru" resursuna istinadən yazır ki, 2012-ci ildə qurulan "Raijin" sistemi 1,67 petaflops məhsuldarlığa malik olub. Aparılmış bir sıra modernləşdirmə işləri sayəsində superkompüterin məhsuldarlığı 3,8 petaflopsadək artırılıb. "Gadi" superkompüterinin əvvəlki sistemlə müqayisədə məhsuldarlığının 10 qat artırılması onun 38 petaflopsadək pik hesablama sürətini təmin edəcək. Layihə superkompüterin hazırlanmasına 70 milyon Avstraliya dolları (40 milyon ABŞ dolları) qoyacaq ölkənin hökumət fondları tərəfindən maliyyələşdirilmə ilə həyata keçiriləcək.
 
"Fujitsu Gadi" sistemi "Lenovo", "Intel", "NVIDIA", "NetApp", "Mellanox", "DDN" (Lustre), "Altair" və "Schneider Electric" şirkətlərinin proqram təminatı və texnologiyaları ilə təchiz ediləcək. Platformanın əsasını "Intel Optane DCPMM" yaddaşına və "NVIDIA V100" sürətləndiricisinə malik "Platinum" seriyalı ikinci nəsil "Intel Xeon Scalable" prosessorları bazasında ən yeni "Fujitsu Primergy CX2570 M5" serverləri təşkil edəcək. Komponentlərin soyudulması üçün "Fujitsu" və "Lenovo Neptune" maye soyutma sistemi tətbiq ediləcək.
 
Nizam Nuriyev 



Baxış sayı: 79

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Oktyabr 2019

20 10 2019