12px13px15px17px
Tarix:05/08/19

3D printerdə ürək üçün işlək "ehtiyat hissələri" çap edilib

3D çap texnologiyası yalnız əyləncə və ya müxtəlif mexanizmlər üçün ehtiyat hissələrinin hazırlanması məqsədilə istifadə olunmur. Amerikalı bioloqlar ilk dəfə insan ürəyinin süni fraqmentlərini yaratmağa nail olublar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Karneqi-Mellon Universitetinin alimləri tibb sahəsində əldə etdikləri mühüm nailiyyət haqqında məqalə dərc ediblər. Onlar insan ürəyinin canlı toxumasının funksiyasını yerinə yetirən bəzi tərkib hissələri çap etməyə nail olublar.
 
Hələ ki süni ürəyin yaradılmasından söhbət getmir. Lakin bioloji 3D çap texnologiyası artıq bir neçə il sonra donor orqanlarının çatışmazlığı problemini aradan qaldıra bilər.
 






Baxış sayı: 613

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024