12px13px15px17px
Tarix:10/08/19

“5G” şəbəkəsinin əhatə dairəsi 58 faizə çatacaq

Çinin "Huawei" texnoloji nəhəngi şirkətin robot texnikası, simbiotik iqtisadiyyat, insan və kompüterin qarşılıqlı əlaqəsi, eləcə də beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) üzrə əsas fəaliyyət istiqamətlərinin təsvir olunduğu hesabat dərc edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, şirkətin proqnozuna görə, 2025-ci ilədək əlavə və reallıq qurğularının istifadəçi bazası 337 milyona çatacaq, əlavə və reallıq texnologiyalarından istifadə edən şirkətlərin sayı isə 10 faiz artacaq.

 

Həmçinin qeyd olunur ki, hesabat dövründə qlobal "5G" şəbəkəsinin əhatə dairəsi 58 faizə yüksələcək. Həmin müddət ərzində dünyada internet istifadəçilərinin sayı 6,2 milyard nəfər təşkil edəcək. İnternet şirkətlərə insanların maraq, rəğbət və şəxsiyyətlərinə əsaslanan fərdiləşdirilmiş məhsul və xidmətlər göstərməyə kömək üçün böyük həcmdə məlumatlar generasiya edəcək.

 

Bundan əlavə, 2025-ci ilədək böyük şirkətlərin 97 faizi süni intellekt texnologiyalarından istifadə edəcək. Smartfonların istifadəçi bazası 6,1 milyard nəfərə bərabər olacaq.

 

Qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 37

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Avqust 2019

22 08 2019

22/08/19
Mühəndislər insan gözündən daha üstün olan elektron linzalar hazırlayıblar

Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mühəndisləri süni əzələ və düz kontakt 

22/08/19
Rəsm üçün “Xiaomi” planşeti təqdim edilib

“Xiaomi” şirkəti elektron qələmlə təchiz edilən və təkrar enerji toplamadan 1 il işləyən “Mijia LCD Digit

22/08/19
“Volocopter” şirkəti uçan taksi təqdim edib

Almaniyanın “Volocopter” startapı kommersiya istifadəsi nəzərdə tutulmuş üçün öz ilk hazırlamasını – &ld

22/08/19
Çində Ümumdünya Robotlar Konfransı keçirilir

Avqustun 20-25-də Pekində keçirilən Ümumdünya Robotlar Konfransında ən müasir texnologiyalar təqdim edilir.

22/08/19
“Samsung” şirkəti OLED ekranlı ilk televizorlar buraxacaq

“Samsung Electronics” şirkətinin “Samsung Display” törəmə müəssisəsi maye-kristal panellərin istehsalını

22/08/19
Süni intellekt “Gmail” xidmətində istifadəçilərin qrammatik səhvlərini düzəldəcək

“Google” şirkəti “Smart Reply” adlı süni intellekt texnologiyasını “Gmail” elektron məktublar xidmətinə

22/08/19
“OnePlus” televizorlarının təqdimat tarixi məlum olub

“OnePlus” şirkətinin baş direktoru Pit Lo “Business Insider” resursuna müsahibədə “ağıllı” televizorlar

22/08/19
“Apple” şirkəti “iPhone 12” üçün Çinin OLED displeylərini sınaqdan keçirməyə başlayıb

“Apple” korporasiyası “iPhone 12” üçün Çinin “BOE Technology Group” şirkətinin isteh