12px13px15px17px
Tarix:14/08/19

Məlumatların oğurlanması üçün ekran görüntülərindən istifadə edən virus aşkar edilib

“Eset” antivirus istehsalçısı məlumatları oğurlamaq üçün ekran görüntülərindən istifadə edən “Amavaldo” bank troyanı haqda məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, zərərverici proqram təminatı ekran görüntülərini çəkməyə, cinayətkarlara istifadəçinin veb-kamerasına müdaxilə etməyə imkan verir, klavişlərə toxunuşları qeydə alır, proqramları yükləyir və işə salır, bank saytlarına girişi məhdudlaşdırır və sairə əməliyyatlar həyata keçirir.

 

“Amavaldo” troyan virusu kompüter haqqında, həmçinin onlayn ödəniş və bank proqramlarının mühafizə metodları haqqında məlumatları toplayır.

 

Bankın saytını aşkar edən “Amavaldo” işçi masanın ekran görüntüsünü çəkir. Həmin görüntü sonra fonun imitasiyası üçün istifadə olunur. Bundan sonra istifadəçiyə göstərilən üzə çıxan pəncərədə ondan bank məlumatlarını daxil etmək tələb olunur.

 

Cinayətkarlar hücum üçün sosial mühəndislik üsullarından istifadə edirlər: zərərverici proqramlar qurbanın qurğusundakı açılmış pəncərələri aşkar edir. Bank saytını aşkar etdikdən sonra istifadəçidən kredit kartı və ya bank hesabı haqqında informasiyanı təcili daxil etmək tələb olunur. Saxta pəncərələrə daxil edilmiş informasiya hakerlərin serverinə göndərilir.

 

Emil Hüseynov





Baxış sayı: 33

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Avqust 2019

22 08 2019

22/08/19
Mühəndislər insan gözündən daha üstün olan elektron linzalar hazırlayıblar

Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mühəndisləri süni əzələ və düz kontakt 

22/08/19
Rəsm üçün “Xiaomi” planşeti təqdim edilib

“Xiaomi” şirkəti elektron qələmlə təchiz edilən və təkrar enerji toplamadan 1 il işləyən “Mijia LCD Digit

22/08/19
“Volocopter” şirkəti uçan taksi təqdim edib

Almaniyanın “Volocopter” startapı kommersiya istifadəsi nəzərdə tutulmuş üçün öz ilk hazırlamasını – &ld

22/08/19
Çində Ümumdünya Robotlar Konfransı keçirilir

Avqustun 20-25-də Pekində keçirilən Ümumdünya Robotlar Konfransında ən müasir texnologiyalar təqdim edilir.

22/08/19
“Samsung” şirkəti OLED ekranlı ilk televizorlar buraxacaq

“Samsung Electronics” şirkətinin “Samsung Display” törəmə müəssisəsi maye-kristal panellərin istehsalını

22/08/19
Süni intellekt “Gmail” xidmətində istifadəçilərin qrammatik səhvlərini düzəldəcək

“Google” şirkəti “Smart Reply” adlı süni intellekt texnologiyasını “Gmail” elektron məktublar xidmətinə

22/08/19
“OnePlus” televizorlarının təqdimat tarixi məlum olub

“OnePlus” şirkətinin baş direktoru Pit Lo “Business Insider” resursuna müsahibədə “ağıllı” televizorlar

22/08/19
“Apple” şirkəti “iPhone 12” üçün Çinin OLED displeylərini sınaqdan keçirməyə başlayıb

“Apple” korporasiyası “iPhone 12” üçün Çinin “BOE Technology Group” şirkətinin isteh