12px13px15px17px
Tarix:18/11/11

“Euronews” kanalı Azərbaycan dilində yayımlanacaq?

Euronews” kanalının Müşahidə Şurasının sədri Piter Luigi Malesani və İcraedici Şuranın baş direktoru Maykl Piters İctimai Televiziya və Radio Yayımları Şirkətində olublar.

Şirkət əməkdaşları ilə keçirilən görüşdə İctimai Teleradionun baş direktoru İsmayıl Ömərov Prezident İlham Əliyevin “Euronews” kanalının Müşahidə Şurasının sədri və İcraedici Şuranın baş direktoru ilə danışıqlar zamanı bu telekanalla əməkdaşlığı yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

İki telekanal arasında cari ilin iyulunda Parisdə müqavilə imzalandığını xatırladan İ.Ömərov “Euronews”la birgə layihələr üzərində iş aparıldığını bildirib.

Piter Luigi Malesani isə öz növbəsində Müşahidə Şurasının son iclasında “Euronews” kanalının yayım dillərinin artırılması məsələsinin müzakirə olunduğunu və şuranın bunun icrası ilə bağlı Baş direktor Maykl Pitersə səlahiyyət verdiyini bildirib. Bununla bağlı müraciət edən ölkələr çoxdur, amma bu ölkələr arasında Azərbaycan daha önəmlidir.

Avropanın Azərbaycan barədə daha çox məlumat əldə etməsində “Euronews” kanalının gözəl vasitə olduğunu xüsusi qeyd edən P.L.Malesani deyib ki, yaxın zamanlarda “Euronews”un xəbər buraxılışlarının və bir neçə proqramının İctimai Televiziya vasitəsilə Azərbaycan dilində yayımına başlanılacaq.

Maykl Piters isə Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlığı ilə bağlı həftəlik verilişin yayımının nəzərdə tutulduğunu söyləyib.



Baxış sayı: 841

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024