12px13px15px17px
Tarix:16/09/19

“16K” təsvir ölçülü “Sony” ekranı “Micro LED” modullarından ibarətdir

"Sony" şirkəti bu ilin əvvəlində "Crystal LED" texnologiyası üzrə hazırlanan "16K" təsvir ölçülü böyük ekran təqdim edib. O, əvvəlcə müxtəlif ekspozisiya zalları və iri şirkətlər üçün nəzərdə tutulsa da, indi onu istənilən şəxs əldə edə bilər.  
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA www.4pda.ru" resursuna istinadən yazır ki, unikal "Sony" televizoru hər pikseldə 16х18 düym ölçülü və 360х360 pikselli 3 miniatür işıq dioduna malik çoxlu "Micro LED" modullarından ibarətdir. Bu blokların çərçivəsiz olması səbəbindən ekranı lazımi forma və təsvirə salmaq üçün onları bir-birinə birləşdirmək mümkündür. Belə ki, 18 blokdan "Full HD" təsvir ölçülü 110 düymlük ekran, 72 moduldan isə 220 düymlük "4K" formatlı panel əldə etmək olar. Bundan başqa, 576 ədəd "Micro LED" modulu birləşdirilən zaman 19,2 х 5,4 metrlik "16K" təsvir ölçülü nəhəng 790 düymluk ekran ərsəyə gələcək.
 
"Sony" nümayəndələrinin sözlərinə görə, "Crystal LED" texnologiyası prinsipinə görə "OLED" texnologiyasına bənzəməklə yanaşı, təsviri maksimal 1000 kandel kvadratmetr (kd/m2) parlaqlıq ilə təmin edir, 10 bit gücündə boz rəng çalarını dəstəkləyir və 140 faizlik "sRGB" rəng diapazonunu göstərir.
 
İlkin məlumatlara görə, "Sony Crystal LED" televizoru üçün 1 ədəd "Micro LED" modulunun qiyməti 10 min dollar, "16K" təsvir ölçülü ekranın isə 5,8 milyon dollar təşkil edir.
 
Nizam Nuriyev




Baxış sayı: 419

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Sentyabr 2020

22 09 2020

22/09/20
“Apple”ın rəhbəri şirkətin distant iş rejiminə uğurlu keçidi haqqında məlumat verib

Koronavirus pandemiyası dövründə bir çox şirkətlər öz əməkdaşlarını distant iş rejiminə keçiriblər. Belə

22/09/20
“AzInTelecom” yeni “Hydro Heroes” mobil tətbiqinin yaradılmasına texniki dəstək göstərib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC dav

22/09/20
Almaniyada “3G” tezlik spektrindən yeni məqsədlər üçün istifadə olunacaq

Almaniyanın mobil rabitə operatorları tərəfindən “3G” şəbəkələrində xidmətlərin göstərilməsinin nə vaxt d

22/09/20
Avropa Birliyi nəhəng şirkətlər üzərində nəzarəti sərtləşdirəcək

Avropa Komissiyası “Google”, “Amazon”, “Facebook” və “Apple” kimi böyük rəqəmli şirkət

22/09/20
“Samsung” proqram tərtibatçıları üçün konfransı ləğv edib

“Samsung” şirkəti 2020-ci ildə proqram tərtibatçıları üçün illik konfransın keçirilməyəcəyini açıqla

22/09/20
Dünyada ən sürətli SSD daşıyıcı təqdim edilib

“Adata” şirkəti “PCI Express 4.0 x4” interfeysini dəstəkləyən “M.2” formatlı yeni 

22/09/20
“LG” şirkəti “K71” smartfonunu təqdim edib

Cənubi Koreyanın “LG” şirkəti “K71” adlı daha bir smartfonunu təqdim edib. Yenilik elektron qələmdən başqa 4000 

22/09/20
“Facebook” pirat şəkilləri bloklayacaq

“Facebook” sosial şəbəkəsi və ona məxsus “Instagram” servisi müəlliflərinin icazəsi olmadan istifadəçilər tərəfind