12px13px15px17px
Tarix:17/09/19

Yeni “Vivo” smartfonu 64 meqapiksellidir

Çinin “Vivo” şirkəti yeni “Nex 3” smartfonunu nümayiş etdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru www.news.ru” resursuna istinadən yazır ki, qurğu üçlü əsas kamera, irəliyə çıxan ön kamera və “şəlalə ekran” ilə təchiz edilib.
 
Smartfon üst səthin 99,6 faizini əhatə edən 6,89 ekran, 64, 13 və 13 meqapikselli arxa və 16 meqapikselli ön kamera, 44 vat gücündə sürətli enerji doldurmanı dəstəkləyən 4500 milliamper/saat tutumlu akkumulyatora malikdir.
 
“Nex 3” smartfonunun aparat əsasını “Snapdragon 855 Plus” prosessoru, 8 və ya 12 giqabaytlıq operativ və 128 və ya 256 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Bundan başqa, fiziki düymələr toxunuşla hiss edilən sensor düymələrlə əvəzlənib. Smartfon versiyalarından biri beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyir.
 
Nizam Nuriyev




Baxış sayı: 871

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024