12px13px15px17px
Tarix:17/09/19

Süni intellektli ilk peyk buraxılışa hazırdır

Bir neçə aydan sonra süni intellektlə təchiz edilən ilk Avropa peykinin buraxılışı gözlənilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv www.naukatv.ru” resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, yeni Yer səthinin müşahidə peyki məlumatların planetdən və əksinə göndərilməsi üzrə effektivliyi artıra bilər. “PhiSat” adlı inqilabi süni intellekt texnologiyası “FSSCat” missiyasının iki peykinin birində göndəriləcək. İspaniyanın Kataloniya Politexnik Universiteti tərəfindən təklif edilən missiyanı Avropa şirkət və institutlarının daxil olduğu konsorsium hazırlayıb. İki kiçik peyk müasir ikiqat mikrodalğalı və hiperspektral optik alətlərdən istifadə edərək məlumatlar toplayacaq. Bundan başqa, onlar peyklərarası rabitə texnologiyası üzrə bir sıra eksperimentlər aparacaqlar.
 
Məlumata görə, kosmosda süni intellektin potensialının nümayişi üçün Avropa Kosmik Agentliyi missiyanı növbəti səviyyəyə qaldırmaq məqsədilə tərəfdaşlarla birgə “PhiSat” texnologiyasının hazırlanması üzərində işi davam etdirir. Kosmik gəmi kosmosda süni intellektə malik ilk Avropa aparatı olacaq. Peyklər Yer kürəsinin şəkillərinin çəkilməsi ilə məşğul olacaqlar. Onların bəzisi isə bulud örtüyünə görə tədqiqatlar üçün əlverişsiz olacaq. Bu korlanmış təsvirlərin Yerə ötürülməsinin qarşısının alınması üçün süni intellektə malik çip onları filtrdən keçirərək ən yaxşılarını seçəcək. Çox güclü alət terabayt tutumunda məlumatlar toplayacaq. Onlardan gələcəkdə, məsələn, bitki örtüyündəki dəyişikliklərin monitorinqi və suyun keyfiyyətinin qiymətləndirilməsi üçün istifadə mümkün olacaq.
 
Nizam Nuriyev




Baxış sayı: 414

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 İyun 2021

24/06/21
Çində iki şəhər arasında kvant məlumatlarını ötürən kanal sınaqdan keçirilib

Çin alimləri bir-birindən 511 km məsafədə yerləşən iki şəhər arasında təhlükəsiz kvant rabitəsi qurmağa n

24/06/21
“Ağıllı” xalça kamerasız insanları izləməyə imkan verir

Massaçusets Texnologiya İnstitutu yanında Kompüter Elmləri və Süni İntellekt Laboratoriyasının (CSAIL) mü

24/06/21
“iPhone 13” smartfonunun qiyməti məlum olub

Yeni seriyalı “iPhone” smartfonlarının qiyməti ötənilki qabaqcıl “Apple” modelləri səviyyəsində olacaq. B

24/06/21
“Chrome OS” sistemli noutbukların satışı artıb

“Stock Apps” şirkəti bu ilin birinci rübünün yekunları üzrə “Chrome OS” əməliyyat sisteminin idarəet

24/06/21
Avropa Komissiyası “Google” şirkəti ilə bağlı antiinhisar araşdırmasına başlayıb

Avropa Komissiyası ABŞ-ın “Google” şirkəti ilə bağlı antiinhisar araşdırmasına başlayıb. Bu barədə komiss

23 06 2021

23/06/21
Dünyada ən bahalı brend məlum olub

“Kantar” agentliyi dünyada ən bahalı brendlərin növbəti reytinq cədvəlini dərc edib. Dəyəri 683,85 milyar

23/06/21
Bu mobil tətbiqi təcili olaraq smartfondan silmək lazımdır

“iPhone” istifadəçiləri “Google Maps” mobil tətbiqini təcili olaraq öz smartfonlarından silməlidirlər. &ldqu

23/06/21
“iPhone 12 mini” smartfonunun istehsalı dayandırılıb

“Apple” şirkəti 5,4 düymlük kompakt “iPhone 12 mini” smartfonunu vaxtından əvvəl istehsaldan çıxarıb. B

23/06/21
“Android” smartfonlarında problemlər yaranıb

“Android” smartfonlarının istifadəçiləri əməliyyat sisteminin fəaliyyətində fasilələrlə rastlaşıblar. Bu

23/06/21
“Samsung Galaxy Chromebook Go” noutbuku 14 düymlük ekran və “LTE” modulu ilə təchiz edilib

“Samsung” şirkətinin saytında “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən yeni portativ komp

23/06/21
“Huawei” şirkəti “Snapdragon 480” prosessorlu “5G” smartfonu hazırlayır

“Huawei” şirkəti beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) iş imkanına malik “Maimang 10 SE” adlı nis