12px13px15px17px
Tarix:19/09/19

“Airbus” təyyarələr üçün “ağıllı” salon nümayiş etdirib

“Airbus” şirkəti “Connected Experience” adlı “ağıllı” sərnişin salonu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, “Airbus Connected Experience” layihəsinin məqsədi bort baxıcılarının işini asanlaşdırmaqdan ibarətdir. Uçuş zamanı qurğular sistemi oturacaq, baqaj rəfləri, işıqlandırma sistemləri və digər salon elementlərini skan edəcək. Əldə edilən informasiya real vaxt rejimində ekipaja məxsus “iPad” planşetinin xüsusi proqramında göstəriləcək. Bu, uçuş zamanı vəziyyəti daha tez qiymətləndirməyə imkan verəcək.
 
Bundan başqa, “ağıllı” salon bir sıra interaktiv rabitə vasitələri ilə təchiz ediləcək. Belə ki, sərnişinlər şəxsi smartfonları vasitəsilə salonun ekosisteminə qoşula və lazımi məlumat əldə edə və ya aviaşirkət tərəfindən təqdim edilən əlavə funksiyalardan istifadə edə biləcəklər.
 
Həmçinin təyyarəyə minməmişdən əvvəl smartfondan istifadə etməklə və baqaj bölmələrində mövcud boş yerlərin siyahısı ilə tanış olmaqla çamadan üçün yer bronlamaq mümkündür. “Ağıllı” oturacaqlar söykənəcəyin duruşu üzrə fərdi quraşdırmaları yadda saxlayacaq və ona növbəti uçuşdan əvvəl düzəlişlər edəcək.
 
Bundan əlavə, smartfon vasitəsilə yemək və içki sifarişi imkanlarının tətbiqi planlaşdırılır. Quraşdırılmış əyləncə multimedia sistemləri daha çox edilən sorğuları nəzərə alaraq konkret sərnişin üçün uyğun kontenti avtomatik seçəcək. Həmçinin öndəki oturacağın söykənəcəyinin ekranlarına görüntünün smartfondan ötürülməsi funksiyası tətbiq ediləcək.
 
“Airbus Connected Experience” sistemləri “А320” seriyalı təyyarələrdə quraşdırılacaq. Gələcəkdə “ağıllı” platformanın digər modellərdə də tətbiqi planlaşdırılır.
 
Nizam Nuriyev




Baxış sayı: 162

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Aprel 2020

04/04/20
“Moto G8 Power Lite” smartfonu təqdim edilib

“Motorola” brendi öz smartfon çeşidinə “Moto G8 Power Lite” modelini əlavə edib.

03 04 2020

03/04/20
Analitiklər pandemiyanın İT bazarına təsirini qiymətləndiriblər

“IDC” analitik şirkətinin proqnozuna görə, 2020-ci ildə qlobal informasiya texnologiyaları bazarının həcm

03/04/20
“Xiaomi” şirkəti “Redmi 8A Pro” ucuz smartfonunu təqdim edib

Çinin “Xiaomi” şirkəti yeni “Redmi 8A Pro” ucuz smartfonunu təqdim edib. İndoneziyada təqdim edilmiş apar

03/04/20
Koronavirusa görə mobil əlavələr üçün xərclər iki dəfə artacaq

Koronavirusa görə izolyasiya fonunda mobil əlavələrin populyarlığının artması beş il ərzində proqramlarda

03/04/20
Smartfonun köməyilə sifətin 3D modelinin yaradılması üçün texnologiya təqdim olunub

Karneqi-Mellon Universitetinin mütəxəssisləri smartfonun köməyilə sifətin 3D modelinin yaradılması üçün t

03/04/20
İkiekranlı “Asus” oyun noutbuku təqdim olunub

“Asus” şirkəti iki ekranla təchiz edilən “ROG Zephyrus Duo 15” oyun noutbukunu nümayiş etdirib.

03/04/20
“Samsung” karantinə yerləşdirilən koronavirus xəstələrinə smartfonlar paylayır

Cənubi Koreyanın “Samsung” şirkəti koronavirus epidemiyası ilə mübarizəyə töhfə verməyə başlayaraq xəstə,

03/04/20
“NASA” koronavirusla mübarizə ilə məşğul olacaq

ABŞ Kosmik Agentliyi (NASA) bütün planeti bürüyən və on minlərlə insanın həyatına 

03/04/20
“Facebook” pulsuz qrup videoçat funksiyasına malik proqramını təqdim edib

“Facebook” şirkəti istifadəçilərə “Zoom” kommunikasiya xidmətinin analoqunu – “Messenger”in mas

03/04/20
“Cognitive Pilot” sürücüsüz avtomobillər üçün kiçik radar təqdim edib

“Cognitive Pilot” sürücüsüz avtomobillər üçün kiçik radar təqdim edib. Hərəkət radiusu 1