12px13px15px17px
Tarix:20/09/19

Yapon alimləri ehtimala əsaslanan ilk kompüter təqdim ediblər

Yaponiyanın Toxoku və ABŞ-ın Perdyu universitetlərinin  mühəndisləri ehtimala əsaslanan kompüter sxemi üzrə işləyən ilk qurğu təqdim ediblər. Bu haqda “Science Daily” nəşri yazıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, müasir kompüterlər informasiyanı adətən sıfır və vahidin ardıcıllığı şəklində yadda saxlayır. Yaxın illərdə öz işində kvant biti olan kubitlərdən istifadə edəcək gələcəyin kompüterinin təqdim ediləcəyi təxmin edilir. Belə kompüterlər eyni zamanda həm sıfır, həm də vahidlər üzərində əməliyyatlar apara bilər ki, bu da kompüterin məhsuldarlığını xeyli artırmalıdır.
 
Ehtimala əsaslanan kompüter ənənəvi və kvant kompüterləri arasında aralıq mövqe tutur. Qurğu ehtimala əsaslanan bitlə - "p-bits" işləyir və onun qiyməti istənilən vaxt sıfır və ya vahid ola bilər.
 
Bu halda "p-bits" istənilən ənənəvi elektronika kimi adi otaq temperaturunda işləyir.
 
Mühəndislər 8 belə qurğu yığmağa müvəffəq olublar ki, bu da ehtimala əsaslanan kompüterin hazırlanması haqqında məlumat verməyə imkan verib. Sınaqlar vaxtı qurğu tam ədədlərin faktorizasiyası üzrə test məsələsini tez bir şəkildə həll edib.
 
Emil Hüseynov





Baxış sayı: 292

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Sentyabr 2020

24 09 2020

24/09/20
“Zoom” xidmətinin “Android” versiyası yeni funksiyalar əldə edib

Bu il videokonfranslar üçün “Zoom” proqramı koronavirus pandemiyası fonunda çox böyük populyarlıq 

24/09/20
Avropa Komissiyası Avropa İttifaqında superkompüter istehsalına 8 milyard sərmayə yatırır

Avropa Komissiyası "rəqəmsal suverenlik" üçün Avropa İttifaqında öz superkompüterlərinin istehsalına

24/09/20
“Android TV 11” əməliyyat sistemi təqdim edilib

“Google” şirkəti “Android TV” əməliyyat sisteminin idarəetməsi ilə işləyən televizorlar üçün “And

24/09/20
“Mini LED” ekranlı və “5G” dəstəkli “Xiaomi” televizoru nümayiş olunub

“Xiaomi” şirkəti yeni nəsil qabaqcıl “Mi TV Master Extreme Edition” televizorunu rəsmən nümayiş etdirib.

24/09/20
“Samsung” şirkəti “Galaxy S20 FE” smartfonunu nümayiş etdirib

“Samsung Electronics” şirkəti mövcud qabaqcıl modellərin sadələşdirilmiş versiyası olan “Galaxy S20 Fan E

24/09/20
“Samsung”: “Smartfonlar evdən işləyərkən istifadəçilərin çoxməqsədliliyini artırıb”

“Samsung” şirkəti özünütəcridə və məsafədən iş və distant təhsil üçün platformalara tələbatın kəskin

24/09/20
“MWC 2021” sərgisi təxirə salınıb

Dünya mobil rabitə operatorlarının maraqlarını təmsil edən və Barselonada “Mobile World Congress” sərgisi

24/09/20
“LG” orta büdcəli iki smartfonunu təqdim edib

“LG” şirkəti eyni anda ortabüdcəli “K62” və “K52” smartfonlarını təqdim edib.