12px13px15px17px
Tarix:20/09/19

“LTE” şəbəkələrinə qoşulmaların sayı 5 milyarda yaxınlaşıb

Bu ilin ikinci rübündə “LTE” şəbəkələrinə 250 milyona yaxın yeni qoşulma qeydə alınıb, onların ümumi sayı isə 4,7 milyarda çatıb. Bu barədə “Ovum” analitik şirkətinin sahə üzrə “5G Americas” Assosiasiyasına istinadən məlumatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, 2019-cu ilin aprel-iyununda illik hesablamada “LTE” bağlantılarının sayı 27 faiz artaraq qlobal miqyasda mobil rabitə şəbəkələrinə qoşulmaların ümumi həcminin 53 faizini təşkil edib.  
 
Tədqiqatda, həmçinin qeyd olunur ki, cari ilin iyununda dünyada “5G” kommersiya şəbəkələrinin sayı 34 ədəd təşkil edib, dekabrın sonunadək isə bu göstəricinin 77-yə yüksələcəyi gözlənilir. “Ovum” şirkətinin proqnozuna görə, 2021-ci ilin sonunda dünyada “5G” şəbəkələrinə qoşulmaların sayı 156 milyona (o cümlədən Şimali Amerikada 32 milyon) çatacaq.
 
2024-cü ildə mobil rabitə bazarında mədaxilin 26 faizinin “5G” şəbəkələrinin payına düşəcəyi gözlənilir. Buna baxmayaraq bazarda durğunluq davam edəcək.
 
“Strategy Analytics” şirkətinin analitiki Devid Kerrin proqnozuna görə, 2024-cü ilin sonunda dünyada “LTE” şəbəkələrinə qoşulmaların sayı 6 milyard və ya ümumi sayın üçdə iki hissəsini təşkil edəcək.
 
Nizam Nuriyev




Baxış sayı: 6526

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024