12px13px15px17px
Tarix:10/10/19

Kosmosda ilk dəfə süni ət yetişdirilib

İsrailin “Aleph Farms” ərzaq startapı üçölçülü printer vasitəsilə kosmosda ilk dəfə ət çap edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, startap tədqiqatçıları 2018-ci ilin dekabrından laboratoriyada ətin yetişdirilməsi ilə məşğul olsalar da, bu dəfə onun müxtəlif şəraitlərdə yetişdirilə biləcəyinə əmin olmaq istəyiblər. Laboratoriya ətinin istehsalı üçün biopsiyanın köməyi ilə inək toxumalarından müəyyən miqdarda hüceyrə nümunələri götürülüb. Sonra hüceyrələr inək bədəninin daxilindəki mühiti imitasiya edən qida maddələrinin olduğu maye ilə qatışdırılıb. Bu mühitdə hüceyrələr nazik ət parçasına çevrilib. Süni əti dequstasiyadan keçirən tədqiqatçıların sözlərinə görə, onun dadı əla olmasa da, adi mal ətinin teksturasını və dadını imitasiya edir.

 

Məlumata görə, ətin kosmosda yetişdirilməsi üçün “Aleph Farms” mütəxəssisləri prosesi bir qədər dəyişdiriblər. Onlar əvvəlcə inək toxuması hüceyrələrini və qida məhlulunu qapalı damarlara yerləşdirdikdən sonra damarları kosmik gəmiyə yükləyərək Yer kürəsindən 400 kilometr məsafədə yerləşən Beynəlxalq Kosmik Stansiyanın Rusiyaya aid orbitinə göndəriblər. Rusiya kosmonavtları tərəfindən “3D Bioprinting Solutions” şirkətinin flakonları maqnit printerə yerləşdirildikdən sonra hüceyrələr əzələ toxumasının istehsalı üçün çoxaldılıb. Eksperimentin uğurla başa çatması sübut edib ki, istənilən şəraitdə süni ət yetişdirmək mümkündür.

 

Nizam Nuriyev





Baxış sayı: 176

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Oktyabr 2019

19 10 2019

19/10/19
“İnnovasiya həftəsi” çərçivəsində “Roboday” festivalı təşkil edilib

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologi

19/10/19
Saxta xəbərlər yazan neyroşəbəkə yaradılıb

Vaşinqton Universiteti və süni intellektin tədqiqi ilə məşğul olan Allen adına İnstitut yalan xəbərlər ya

19/10/19
Vatikanda “ağıllı” təsbeh yaradılıb (VİDEO)

Vatikanda müasir texnologiya və qurğuları sevən gənc katoliklərin kilsəyə cəlb edilməsi məqsədilə “ağıllı

19/10/19
“Apple” ən bahalı brend olaraq qalır

Əqli mülkiyyətin qiymətləndirilməsində ixtisaslaşan “Interbrand” beynəlxalq konsaltinq şirkəti dünyanın ə