12px13px15px17px
Tarix:18/10/19

2025-ci ildə kommersiya tipli dron bazarının həcmi 13,7 milyard dollara yaxınlaşacaq

Mütəxəssislər yaxın bir neçə ildə kommersiya tipli pilotsuz təyyarələr bazarının çox sürətli inkişafını proqnozlaşdırırlar. Gözləntilərə görə, bu bazarda gəlir 2019-cu ildə təxminən 2 milyard dollardan 2025-ci ildə 13,7 milyard dollaradək artacaq. Həmçinin təxmin edilir ki, cari ildə kommersiya istifadəsi üçün dronların tədarük həcmi 500 mini ötəcək, 2022-ci ildə isə 1,5 milyona yaxınlaşacaq. “Tractica” şirkətinin proqnozu özünü doğrultduğu halda 2025-ci ildə kommersiya tipli dronların tədarük həcmi artıq 4 milyondan çox olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, tədqiqat şirkəti biznes məqsədlər üçün pilotsuz təyyarələrə tələbatı artıracaq amillər sırasında dronlardan istifadə senarilərinin genişlənməsini, qiymət baxımından daha münasib avadanlıq və xidmətlərin əlçatanlığını, yüksək dəqiqlikli aerofotoqrafiyanın populyarlaşmasını, məlumatların təhlili funksiyasının tətbiqini, həmçinin sahə iştirakçıları tərəfindən qoyulmuş investisiyaların tez bir şəkildə geri qaytarılmasını göstərir.
  
Emil Hüseynov





Baxış sayı: 602

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024