12px13px15px17px
Tarix:08/11/19

Çin hakimiyyəti uşaqlara gündə 1,5 saatdan çox videooyun oynamağı qadağan edib

Çin hakimiyyəti ölkədə videooyun bazarını məhdudlaşdıran yeni qanun paketi qəbul edib. Çinin hökumət nümayəndələrinin sözlərinə görə, qanun paketi uşaqların videooyunlardan asılılığını azaltmaq üçün qəbul edilib. Bu haqda “BBC” yazır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, çinli yeniyetmələr iş günləri 1,5 saat və istirahət günü isə 3 saat videooyunlar oynamaq imkanına malikdirlər. Bundan başqa, ölkə hakimiyyəti axşam saat 22:00-dan səhər 08:00-dək oyunlardan istifadəni qadağan edib.

 

Bu qanunun icrasına nəzarət mexanizmi hələ ki məlum deyil. İndi Çin sakinləri videooyunlarda qeydiyyatdan keçmək üçün öz həqiqi adlarını və telefon nömrələrini yazmalıdırlar, ancaq yeniyetmələr əksər hallarda bu məqsədlə valideynlərinin telefonundan istifadə edirlər.

 

Həmçinin Çin hakimiyyəti yeniyetmələr tərəfindən onlayn oyunlarda öz hesablarına köçürülən pul məbləğinin miqdarını məhdudlaşdırıb. İndi 16 yaşına çatmamış oyunçular öz hesablarına aylıq 29 dollar, yaşı 16-dan 18-dək olanlar isə 57 dollar köçürə bilərlər.

 

Videooyun bazarının mütəxəssislərinin qənaətincə, belə yeniliklər videooyun istehsalçılarına zərər vuracaq.

 

Emil Hüseynov





Baxış sayı: 1536

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Yanvar 2020

23 01 2020

23/01/20
“Ağıllı” qurğuların tədarük həcmi 3 milyardı ötəcək

“Canalys” tədqiqat şirkətinin analitikləri yaxın illərdə “ağıllı” qurğuların tədarük həcminin yüksək

23/01/20
“Xiaomi” 5 cihaz üçün universal enerji doldurma qurğusunu təqdim edib

“Xiaomi” şirkəti “Youpin” kraudfandinq platformasında çoxsaylı cihazların sahibləri üçün nəzərdə

23/01/20
Universal yaddaş tipi hazırlanıb

Böyük Britaniyanın Lankaster Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış yeni yaddaş tipi həm

23/01/20
“JDI” unikal biometrik skaner nümayiş etdirib

Daha çox “JDI” kimi tanınan “Japan Display Inc.” şirkəti dünyada yüksək dəqiqliklə və sürətlə barm

23/01/20
“Facebook” robotlara xəritəsiz hərəkət etməyi öyrədib

“Facebook” tərəfindən hazırlanmış süni intellekt robotlara xəritəsiz hərəkət etməyə imkan verir. Bu haqda

23/01/20
İlk “General Motors” sürücüsüz elektromobili nümayiş olunub

“General Motors” şirkətinin “Cruise” bölməsi “Origin” adlı ilk sürücüsüz elektromobil

23/01/20
Çində dünyanın ən böyük teleskopu işə salınıb

Çində dünyanın ən böyük “FAST” (Five hundred meter Aperture Spherical Telescope) teleskopu rəsmən istifad

23/01/20
Hindistan kosmosa insanabənzər robot göndərəcək

Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı yanvarın 22-də pilotsuz kosmik uçuşa göndəriləcək insanabənzər

23/01/20
“Xiaomi Mi10” smartfonunun təqdimat tarixi məlum olub

“Xiaomi Group” şirkətinin həmtəsisçisi və vitse-prezidenti Lin Bin qabaqcıl “Mi10” smartfonunun təqdim ed