12px13px15px17px
Tarix:04/12/19

“Huawei” şirkəti Çində güclü superkompüter tikir

“Huawei” şirkəti Pen Çen tədqiqat laboratoriyası (Peng Cheng Laboratory, PCL) ilə birlikdə “Peng Cheng Cloud Brain II” superkompüterinin layihəsinin ilkin mərhələsini təqdim edib. Süni intellektlə əlaqədar hesablamalar üçün nəzərdə tutulan sistemin layihə üzrə məhsuldarlığı təqribən min petaflops təşkil edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “Cloud Brain II” superkompüteri “Huawei Kunpeng” “ARM” prosessorlarının və “Huawei Ascend 910” süni intellekt hesablama sürətləndiricilərinin istifadə olunduğu “Huawei Atlas 900 AI” klasterləri üzərində qurulub.

 

Qeyd olunur ki, hazırda – sistemin inşası üzrə birinci mərhələ başa çatdıqdan sonra “Cloud Brain II” superkompüterinin məhsuldarlığı 100 petaflopsa bərabərdir. Lakin 2020-ci ilədək məhsuldarlığın 1000 petaflopsadək artırılması planlaşdırılır.

 

“PCL” laboratoriyası nümayəndələrinin sözlərinə görə, sistem tam hazır olduqdan sonra süni intellektlə əlaqədar tədqiqatlar üçün dünyanın ən güclü platforması olacaq. “Cloud Brain II” ümumilikdə süni intellekt, o cümlədən kompüter görmə, sürücüsüz avtomobillər və s. sahələrdə tədqiqatlar üçün nəzərdə tutulub.

 

Nizam Nuriyev





Baxış sayı: 560

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024