12px13px15px17px
Tarix:06/12/19

“Bakutel 2019” sərgisi çərçivəsində “Danışan məktub” filminin tiflo və surdo şərhli versiyasının təqdimatı keçirildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Gözdən Əlillər Cəmiyyəti" İctimai Birliyi tərəfindən "Danışan məktub" bədii filminin tiflo və surdo şərhi hazırlanıb.

 

Filmin bu versiyasının hazırlanmasında məqsəd görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün bərabər imkanların yaradılmasına dəstək olmaqdır.

 

"Bakutel 2019" 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində filmin təqdimat mərasimi keçirilib.

 

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi olaraq müxtəlif sosial tədbirlərin həyata keçirildiyini bildirən nazir müavini "Danışan məktub" bədii filminin görmə və eşitmə məhdudiyyətli insanlar üçün uyğunlaşdırılmasının əhəmiyyətindən danışıb.

 

Elmir Vəlizadənin sözlərinə görə, bu film müharibə dövründən bəhs etdiyi üçün hazırda da öz aktuallığını qoruyub saxlayır.

 

"Bu təqdimatın 3-6 dekabr tarixlərində təşkil olunan "Bakutel 2019" sərgisi çərçivəsində keçirilməsi də təsadüfi deyil. Məhz 3 dekabr tarixi Beynəlxalq Əlillər Günü kimi qeyd olunur", – deyə nazir müavini vurğulayıb.

 

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) əlil insanların hüquqlarına, yaşadıqları çətinliklərə və problemlərin həlli yollarına diqqət çəkmək məqsədilə 1992-ci ilin 14 oktyabrında 3 dekabr tarixini Beynəlxalq Əlillər Günü olaraq qəbul edib.

 

Sonra "Danışan məktub" filminin tiflo və surdo şərhli versiyası nümayiş etdirilib.

 

Tədbirin sonunda filmin yazıldığı disklər görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslərə paylanılıb.

 

 

 

 

 

 

 

 





Baxış sayı: 145

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Yanvar 2020

29/01/20
Süni intellekt şirkətləri rekord investisiyalar cəlb edib

“CB Insights” analitik şirkəti süni intellekt texnologiyalarının hazırlanması ilə məşğul olan startaplar

29/01/20
Planşetə çevrilən “ProBook x360 435 G7” noutbuku nümayiş olunub

“HP” şirkəti transformer form-faktorunda hazırlanan “ProBook x360 435 G7” noutbukunu təqdim edib.

29/01/20
“Google” istifadəçi məlumatlarının açıqlanmasını pullu edib

“Google” şirkəti hüquq-mühafizə orqanları və digər dövlət idarələri üçün məhkəmə qərarı əsasında ist

28 01 2020

28/01/20
“Windows 7” əməliyyat sistemi üçün yeniləmə paketi çıxarılıb

“Microsoft” korporasiyası “Windows 7” sistemi üçün yeniləmə paketi çıxarıb.

28/01/20
“Windows 10” sistemində smartfon üzərindən zənglər hamı üçün əlçatandır

“Windows” sistemində reallaşdırılmış yeni funksiya kompüter üzərindən mobil zəng etməyə imkan verir.

28/01/20
Hindistan dünyada ikinci ən böyük smartfon bazarı olub

“Counterpoint Technology Market Research” analitiklərinin məlumatına görə, Hindistan ilk dəfə ilin yekunu

28/01/20
Daşınan elektronika üçün elastik akkumulyator hazırlanıb

Bu gün cihazlar üçün istifadə edilən litium-ion akkumulyatorları bərkdir və ölçüsü

28/01/20
Dünyanın ən böyük ikimotorlu sərnişin təyyarəsi ilk uçuşunu edib (VİDEO)

İkimotorlu hava gəmiləri arasında dünyanın ən böyük “Boeing 777-9X” sərnişin təyyarəsi yanvarın 25-də 4 s

28/01/20
Rusiya və yapon alimləri qrafendən əbədi SSD daşıyıcılar hazırlayıblar

Rusiyanın "MİSiS" Milli Elmi Tədqiqat Texnologiya Universiteti və Yaponiyanın Milli Kvant Elmləri və Radi

28/01/20
Bu il dünyada rouminq abunəçilərinin sayı 900 milyona çatacaq

“Juniper Research” tədqiqat şirkəti 2020-ci ildə dünyada rouminq xidmətlərindən istifadə edən mobil rabit

28/01/20
“Sharp” şirkəti “OLED” televizorlar bazarına daxil olur

“Sharp” şirkəti üzvi işıq diodlu (OLED) ekranlarla təchiz edilən televizorlar bazarına daxil olacaq. Yapo

28/01/20
Saxta “AirPods” qulaqcıqlarının təhlükəsi məlum olub

Ekspertlər saxta “Apple” qulaqcıqlarının təhlükəli olmasını açıqlayıblar. Tədqiqat Fransanın “60 million