12px13px15px17px
Tarix:19/12/19

Dünyada ən populyar səs köməkçisi məlum olub

Səs assistenti smartfon və “ağıllı” kolonkanı idarə etmək üçün əlverişli bir vasitədir. Mobil bazar uğrunda mübarizədə mobil əməliyyat sistemləri bazarında lider olan “Apple” və “Google” şirkətləri daxil olmaqla bir çox elektronika istehsalçısı öz həllərini təqdim edirlər. “Futuresource Consulting” analitik agentliyi virtual səs köməkçilərinin populyarlığı üzrə qlobal reytinq dərc edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Futuresource Consulting”in məlumatına görə, “Apple” korporasiyasının “Siri” səs köməkçisinin bazar payı 35% təşkil edir. Analitiklər bu populyarlığı “AirPods” simsiz qulaqlıqlarının uğurlu satış həcmi ilə əlaqələndirirlər.

 

“Microsoft Cortana” ikinci yeri tutur. Proqram nəhənginin funksiyaları yeni “Xbox” oyun konsollarından silməsinə baxmayaraq, səs assistenti 22% göstəriciyə malikdir. “Microsoft”, həmçinin “Cortana” səs assistentini korporativ sektorda tanıtdırır və onu “Office 365” paketinə aktiv tətbiq edir. “Google Assistant” səs köməkçisinin bazar payı 9%, “Amazon Alexa”da isə 4% təşkil edir.

 

Emil Hüseynov





Baxış sayı: 867

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024