12px13px15px17px
Tarix:29/12/19

Virtual obyektlərə toxunmağa imkan verən virtual reallıq əlcəyi hazırlanıb

Bundan əvvəl taktil əks-əlaqəyə malik “Teslasuit” adlı VR kostyum hazırlamış britaniyalı tərtibatçılar komandası öz yeni məhsulunu təqdim etməyə hazırlaşır. “Teslasuit Glove” adlandırılmış virtual reallıq əlcəyi istifadəçilərə virtual tekstur və obyektlərə "toxunmağa" kömək edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dni24.com” saytına istinadən yazır ki, bu əlcəklər təlim, tibbi reabilitasiya proqramları, həmçinin digər ixtisaslaşdırılmış tətbiq növləri üçün xüsusi hazırlanıb. Məhsulda virtual obyektlərlə qarşılıqlı əlaqə zamanı taktil hisslərin yaradılması üçün bir neçə müxtəlif texnologiya tətbiq edilib. Əlcək, həmçinin istifadəçinin əl hərəkətlərini tutmağa, onun nəbzini və başqa biometrik məlumatlarını qeydə almağa imkan verir. Cihaz “Wi-Fi” vasitəsilə britaniyalılar tərəfindən hazırlanmış kostyuma qoşularaq onunla işləyir və virtual dünyaya tam daxilolmanı təmin edir. Əlcəyə hər barmaqda 9 ədəd olmaqla elektrodlar quraşdırılıb. Məhz bu elektrodlar sayəsində obyektlərə real toxunuş hissi yaradılır.

 

Emil Hüseynov





Baxış sayı: 783

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024