12px13px15px17px
Tarix:23/01/20

Universal yaddaş tipi hazırlanıb

Böyük Britaniyanın Lankaster Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış yeni yaddaş tipi həm əməli yaddaş qurğusu, həm də məlumatların saxlanılması kimi işləyə bilər. "UltraRAM" adlı perspektiv texnologiya müasir kompüter, smartfon və başqa hesablama texnikalarının iş prinsipini tamamilə dəyişdirmək imkanına malikdir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, yaradıcıların sözlərinə görə, "UltraRAM" texnologiyası özündə əməli və fləş yaddaşın üstünlüklərini birləşdirir. Məlumatların saxlanılması üçün ənənəvi olaraq sərt disklər və ya sərtgövdəli (SSD) daşıyıcılardan istifadə olunur, amma onların sürəti əməli yaddaşın işləmə sürətindən xeyli aşağıdır. Nəzəri cəhətdən əməli yaddaş qurğusu məlumatların saxlanılması kimi istifadə edilə bilər, amma bu, onun yüksək qiymətinə görə səmərəsizdir.

 

"UltraRAM" enerjidən asılı olmayan əməli yaddaş (Non-volatile RAM və ya NVRAM) növüdür, DRAM kimi eyni sürətlə işləyir, amma 100 dəfə daha az enerji sərf edir.

 

Lankaster Universitetinin alimləri əmin edirlər ki, yeni universal yaddaş çatışmazlığa malik deyil və bu, onu əməli və fləş yaddaş əvəzinə istifadə etməyə imkan verir.

 

Emil Hüseynov





Baxış sayı: 992

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024