12px13px15px17px
Tarix:15/02/20

“5G” texnologiyası İT bazarının artımına kömək edəcək

"International Data Corporation" (IDC) şirkəti 2020-ci il üçün dünya informasiya texnologiyaları (İT) bazarı üzrə proqnoz dərc edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, məlumata görə, 2020-ci ilin yekunları üzrə qlobal İT bazarında xərclərdə 5 faizə yaxın artım gözlənilir. Artıma beşinci nəsil mobil rabitə şəbəkələrinin (5G) inkişafı və kommersiya bazarında müvafiq smartfonlara tələbatın yüksəlməsi kömək edəcək.

 

Mobil qurğular kateqoriyası nəzərə alınmadan bu il İT sahəsində 4 faiz artım proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə bu göstərici 7 faiz təşkil edib.

 

Proqram təminatı seqmentində xərclərin artımı ötənilki 10 faizdən 9 faizədək azalacaq. İT servisləri seqmentində bazar həcminin artım tempi isə 4 faizdən 3 faizədək enəcək.

 

Fərdi kompüterlər bazarında xərclərin 6 faiz azalacağı ehtimal edilir. Ötən il bu istiqamət 7 faizlik artım nümayiş etdirib.

 

Analitiklərin fikrincə, bu il İT sahəsinə hazırda müşahidə edilən koronavirus epidemiyasının yayılması ümumilikdə mənfi təsir göstərəcək. Xəstəlikdən bu və ya digər seqmentlərin zərər çəkəcəyi proqnozlaşdırılır.

 

Nizam Nuriyev





Baxış sayı: 764

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 Mart 2020

29 03 2020

29/03/20
“Windows”un bütün versiyalarında boşluq aşkar edilib

“Microsoft”un nümayəndəsi deyib ki, hakerlər “Windows”un bütün dəstəklənən versiyalarında əvvəllər

29/03/20
“6G” mobil şəbəkələrinin tətbiq olunma müddəti məlum olub

Dünyada beşinci nəsil (5G) mobil şəbəkələrinin tətbiqinə başlanılıb. Eyni zamanda bir sıra texnologiya nə

29/03/20
“5G” dəstəkli ən ucuz smartfon təqdim edilib

“Xiaomi” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) qoşulmaq imkanına malik “Mi 10 Lite” adlı ən

29/03/20
Yanğınsöndürən dron hazırlanıb

Çinin “QilingUAV” şirkəti “JS260” adlı yanğınsöndürən dron hazırlayıb. Bu dronun ucqar rayonlarda meşə

29/03/20
“Facebook” və “Instagram” Avropada videonun keyfiyyətini azaldıb

“Facebook” və “Instagram” şirkətləri kompüter şəbəkələrinin yükünün azaldılması məqsədilə Avropada v

29/03/20
“Samsung” və “LG” zavodları bağlanır

Cənubi Koreyanın “Samsung” və “LG” elektronika istehsalçıları yeni növ koronavirus (COVID-19)

29/03/20
Koronavirus mövzusu kiberhücumlar üçün aktiv istifadə edilir

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının izlənilməsi üçün bir sıra mobil və onlayn əla

29/03/20
Köhnəlmiş “iPhone” qurğuları üçün yeniləmə təqdim edilib

“Apple” korporasiyası köhnəlmiş smartfon və planşetlər üçün yeniləmə çıxarıb.

29/03/20
“Xiaomi” şirkəti yeni smartfonlarını təqdim edib

“Xiaomi”nin törəmə brendi olan “Redmi” yeni smartfonlarını təqdim edib. “K30 Pro” seriyasına məxsus apa