12px13px15px17px
Tarix:26/02/20

Süni intellekt üçün etik prinsiplər qəbul olunub

ABŞ Müdafiə Nazirliyi silahlanmada süni intellektdən istifadə üzrə etik prinsipləri rəsmən qəbul edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, tövsiyələr 15 ay ərzində döyüş maşınlarının etikası hazırlandıqdan sonra 2019-cu ilin payızında müdafiə naziri Mark Esperə təqdim edilib. Süni intellektin yaxın gələcəkdə döyüş tapşırıqlarını müstəqil şəkildə formalaşdırması və yerinə yetirməsi ehtimalı həm ABŞ-da, həm də ondan kənarda hərbçilər arasında qızğın müzakirələrə və onların ünvanına sərt tənqidlərə səbəb olur.

 

İndi Pentaqon süni intellektin “məsuliyyətli”, “mütənasib”, “başa düşən”, “etibarlı” və “idarəolunan” olması kimi beş əsas prinsipi rəhbər tutacaq.

 

Məsuliyyət prinsipi döyüş maşınlarının hazırlanmasında lazımi səviyyəli sağlam düşüncəni və ehtiyatlılığı nəzərdə tutur.

 

Mütənasiblik dedikdə, döyüş maşınlarının qəsdən edilmədən qərəzliliyinin minimallaşdırılması üçün lazımi addımların atılması başa düşülür.

 

Başa düşən süni intellekt hərbçilərin onlara lazım olan texnologiyalara və əməliyyat bacarıqlarına malik olmasını, prosedurların və sənədlərin şəffaflığının təmin edilməsini nəzərdə tutur.

 

Süni intellekt yaxşı təsvir edilmiş funksiyalarla təmin edildikdə, eləcə də işlənmə və istismar zamanı daim sınaqdan keçirildikdə etibarlı olacaq.

 

İdarəolunan dedikdə, operatorların bütün halda planlaşdırılmamış davranış nümayiş etdirən döyüş maşınlarını söndürmək imkanına malik olması prinsipi başa düşülür.

 

Süni intellektin tətbiqi prinsipləri hərbçilər və məmurlarla yanaşı, texniki ekspertlərin rəyini nəzərə alan Pentaqonun Ekspert Mərkəzi tərəfindən hazırlanıb.

 

Nizam Nuriyev





Baxış sayı: 160

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 Aprel 2020

01 04 2020

01/04/20
Çox sayda yerli və beynəlxalq təşkilat koronavirus pandemiyası ilə mübarizəyə yönələn “virtual hackathon”a qatılır

Koronavirus pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün 9-12 aprel 

01/04/20
Elektronikanın “Wi-Fi” vasitəsilə şarjı üçün ideya təklif edilib

“Wi-Fi” siqnalı göndərən istənilən qurğu, həmçinin teraherslik dalğalar yayır. Amerikalı mühəndislər

01/04/20
“Office 365” məhsulunun adı dəyişdirilib

“Microsoft” şirkəti “Office 365” məhsulunun adının dəyişdirilməsini elan edib. 2020-ci il aprelin 21-dən

01/04/20
Günəş fırtınalarının öyrənilməsi üçün yeni missiya buraxılacaq

ABŞ Kosmik Agentliyi (NASA) Günəşdə fırtınaların əmələ gəlməsini tədqiq etməyə imkan verən “Sun Radio Int

01/04/20
Yeni “Sony” televizorları nümayiş olunub

“Sony” şirkəti Çində keçirilən ilk onlayn tədbir çərçivəsində premium sinifli yeni “ağıllı”

01/04/20
Ucuz “iPhone” smartfonunun çıxarılma tarixi məlum olub

“Apple”ın məhsulları üzrə bloqer Con Posser “iPhone SE2” smartfonunun çıxarılma tarixini açıqlayıb. O

01/04/20
Məşhur şirkətlər “MANRS” təşəbbüsünə qoşulub

“Mutually Agreed Norms for Routing Security” (MANRS – “Qarşılıqlı razılaşdırılmış marşrutlaşdırma təhlükə

01/04/20
“Samsung” maye-kristal ekranlar bazarını tərk edəcək

“Samsung Electronics” şirkəti maye-kristal ekranların (LCD) istehsalını tam dayandırmaq qərarına gəlib. C

01/04/20
“Samsung”un prosessoru və qabaqcıl kamera ilə təchiz edilmiş smartfon təqdim edilib

“Vivo” şirkəti tərəfindən keçirilmiş onlayn təqdimat zamanı “Vivo S6 5G” adlı smartfon təqdim edilib.

01/04/20
“Microsoft” bütün brauzerləri qıcıqlandıran problemi həll edəcək

“Microsoft” korporasiyası “Chrome”, “Opera” və “Firefox”a alternativ kimi təqdim edilən “E