12px13px15px17px
Tarix:12/03/20

Ən populyar qurğu məlum olub

“AirPods” qulaqcığı ən populyar qurğu seçilib. Bu barədə “MacDailyNews” nəşrinin “IDC” analitik şirkətinin 2019-cu il üçün hesabatına istinadən məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, analitiklərin hesablamalarına görə, 2019-cu ilin dördüncü rübündə daşınan qurğuların tədarük həcmi 82,3 faiz artaraq 118,9 milyon ədədə çatıb. İlin yekunları üzrə artım 89 faiz, tədarük həcmi isə 336 milyon ədəd təşkil edib. Bazarın bu seqmentində lider 106,5 milyon tədarük edilmiş qurğu və 31,7 faiz bazar payı ilə “Apple” şirkətidir. 12,4 və 9,2 faizlə ikinci və üçüncü yerlərdə müvafiq olaraq “Xiaomi” və “Samsung” qərarlaşıb.

 

Bazara ən çox tədarük edilən qurğular kateqoriyası 170,5 milyon satış həcmi ilə qulaqcıqlar olub. Bu seqmentin daşınan elektronika bazarında payı 50,7 faizə bərabərdir. Ekspertlər bu məlumatlar əsasında belə qərara gəliblər ki, bazarda ən populyar daşınan aksesuar “AirPods” qulaqcığıdır. Simsiz qarniturlar ilə yanaşı, “Apple” tərəfindən tədarük edilən daşınan qurğular seqmentinə “ağıllı” saatlar aid edilir.

 

“IDC” şirkətinin məlumatına görə, bazarın qalan 50 faizi fitnes-treker, “ağıllı” saat və digər aksesuarların payına düşüb. Qulaqcıqlar seqmenti il ərzində 250 faiz olmaqla ən yüksək artım nümayiş etdirib.

 

Nizam Nuriyev





Baxış sayı: 25289

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024