12px13px15px17px
Tarix:19/03/20

2020-ci ildə 200 dollara “5G” smartfon satın almaq mümkün olacaq

2020-ci ilin sonunadək smartfonlar bazarında təxminən 214 dollar məbləğində “5G” şəbəkələrini dəstəkləyən qurğular əlçatan olacaq. Bu haqda “China Economic Weekly” nəşrinə müsahibəsində “Vivo” şirkətinin vitse-prezidenti Lyu Hon deyib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, hələ ki “Xiaomi Redmi K30” smartfonu ən ucuz “5G” model olaraq qalır. Çində sözügedən smartfonun qiyməti 285 dollardır. 2020-ci ildə “Vivo” şirkəti “Z6”, “iQOO 3” və “Nex 3S” “5G” smartfonlarını təqdim edib.

 

“Strategy Analytics” şirkətinin qiymətləndirməsinə görə, 2019-cu ildə dünyada təxminən 19 milyon “5G” smartfonu satılıb. “HIS” analitikləri bu bazarı 13,5 milyon səviyyəsində qiymətləndiriblər və 2020-ci ildə 253 milyonadək artım gözləyirlər.

 

2019-cu ilin nəticəsinə görə, ən böyük “5G” smartfonları istehsalçılarının üçlüyündə 2 milyon qurğu tədarük etmiş “Vivo” şirkəti qərarlaşıb.

 

“Samsung” şirkəti “5G” texnologiyasını dəstəkləyən aşağıdakı smartfonları təklif edir: “Galaxy S10 5G”, “Galaxy Note 10 5G”, “Galaxy Note 10 5G”, “Galaxy Fold 5G” və “Galaxy A90 5G”. Bu aparatların qiyməti 700-2300 dollar aralığında dəyişir.

 

Emil Hüseynov





Baxış sayı: 255

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






12 İyul 2020

11 07 2020

11/07/20
“Xiaomi Mi Band 4” dünyada ən populyar fitnes bilərzikdir

Çinin “Xiaomi” şirkətinin rəsmi “Twitter” hesabında “Mi Band 4” fitnes trekerinin daşınan qurğular kateqori

11/07/20
“iPhone 12” smartfonunun qiyməti məlum olub

Yeni “iPhone” modelləri aktual nəsil “Apple” smartfonlarından daha bahalı olacaq

11/07/20
Dünyada ən populyar zərərli proqram təminatları bəlli olub

Bu ilin iyununda kibercinayətkarlar spam məktublar vasitəsilə bir çox hallarda qurbanların

11/07/20
Azərbaycan nümayəndəsi növbəti dövr üzrə ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu Şurasının sədr müavini seçildi

Ümumdünya Poçt İttifaqının (ÜPİ) Xidmət Keyfiyyəti Fondu (Quality of Service Fund – QSF) Şurasının iclasları “COVİD-