12px13px15px17px
Tarix:31/03/20

Fiziki klaviaturaya malik cihaz təqdim edilib

Britaniyanın “Planet Computers” şirkəti 2000-ci illərin kommunikatoru və müasir smartfon arasında aralıq mövqe tutan “Astro Slide” cihazını təqdim edib. Bu qurğunun istehsalı üçün vəsait kraudfandinq vasitəsilə toplanılır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Astro Slide” qurğusu kiçik, amma fiziki klaviaturaya və 5-ci nəsil yüksəksürətli mobil şəbəkələrə qoşulma imkanına malikdir, 6,53 düymlük “Full HD ” (2340x1080) formatlı sensorlu displey, cib kompüteri rejimi üçün irəli-geri çəkilən QWERTY klaviatura, daxili “5G” modemə malik 8 nüvəli “MediaTek Dimensity 1000” çipseti, 6 QB əməli, 128 QB daxili yaddaşla (microSD kartının köməyi ilə artırmaq olar) təchiz edilib.

 

Cihaz “Android 10” sisteminin idarəetməsi altında işləyir, hərçənd “Linux” distribütivini quraşdırmaq və “Dual Boot” rejimində onu istifadə etmək mümkündür. Mobil şəbəkələrə qoşulmaq üçün eSIM və adi SIM kartlar üçün iki slot nəzərdə tutulub. Əsas kameranın təsvir ölçüsü 48 meqapiksel, ön kamerada isə 5 mp-dir.

 

Emil Hüseynov





Baxış sayı: 519

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024