12px13px15px17px
Tarix:02/12/11

Elektron ödəniş sistemlərinin potensialından effektiv istifadə olunacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) 2012-2016-cı illəri əhatə edən nağdsız hesablaşmaların stimullaşdırılması üzrə dövlət proqramı hazırlayıb. Bu barədə Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev bildirib.

 

"Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılması üzrə təkliflər paketi hazırlanıb və hökumətə təqdim edilib. Həmin təkliflərdən biri xüsusi dövlət proqramının hazırlanmasıdır. AMB proqramın yekun variantını hazırlayıb və onu bank sektoru və bəzi strukturlarla razılaşdırıb.

 

Biz bu günlərdə təkliflər paketinin təsdiqlənməsini gözləmədən bu dövlət proqramını ayrıca sənəd kimi təqdim etməyi planlaşdırırıq. Bu proqram 2012-2016-cı illəri əhatə edəcək", - Quliyev deyib.

 

Onun sözlərinə görə, dövlət proqramının əsas məqsədləri elektron ödəniş sistemlərinin potensialından effektiv istifadənin təmin olunması, normativ-hüquqi bazanın genişləndirilməsi, informasiyalaşdırma məsələləridir. "Ümumilikdə, proqramın məqsədi əhalinin müxtəlif qruplarının biznesə, elektron xidmətə çıxış imkanlarının artırılmasıdır", - Quliyev qeyd edib.





Baxış sayı: 1263

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024