12px13px15px17px
Tarix:07/04/20

Yaponiya koronavirusun tədqiqi üçün superkompüterdən istifadə edir

Yaponiyanın "Riken" Təbii Elmlər İnstitutu yanında kompüter tədqiqatları mərkəzi koronavirusla bağlı tədqiqatlar üçün “Fugaku” superkompüterindən istifadə etmək niyyətindədir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “nauka.tass.ru” saytına istinadən yazır ki, "biz yeni koronavirusla mübarizə ilə bağlı tədqiqatlar üçün “Fugaku” superkompüterinin gücündən istifadə etməyə qərar verdik" – xəbərdə deyilir. Mərkəzdən bildirilib ki, 2021-ci ilədək rəsmi istismara verilməli olan “Fugaku” superkompüterini artıq indi mürəkkəb simulyasiyaların həyata keçirilməsi və böyük məlumat massivlərinin təhlili üçün istifadə etmək olar.

 

“Fugaku” superkompüteri ötən ilin avqustunda öz fəaliyyətini dayandırmış populyar “K” superkompüterinin varisi olacaq. 2011-ci ildən 2019-cu ilədək fəaliyyət göstərdiyi müddətdə “K” superkompüteri təbii fəlakətlərin mürəkkəb simulyasiyalarını həyata keçirmək və onlarla mübarizə aparmaq, tibb və başqa sahələrdə modelləşdirmələr üçün istifadə edilib. “Fugaku” superkompüterinin hazırlanmasına ümumilikdə təxminən 1 milyard dollar xərclənəcəyi təxmin edilir.

 

Emil Hüseynov





Baxış sayı: 489

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024